Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
General sentyabrın 18-də paytaxtdakı Türkiyə Səfirliyi qarşısında etiraz mitinqi təşkil edəcəyini və aksiyaya mane olanları casusluq ittihamı ilə həbs etdirəcəyini bildirib.
Uqanda generalı Türkiyə barədə niyə qalmaqallı açıqlamalar verir?
Uqanda Müdafiə Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Muhoozi Kainerugabanın Türkiyəyə dair sosial şəbəkə paylaşımı beynəlxalq diqqətə səbəb olub. O, X platformasında etdiyi açıqlamada Türkiyə haqqında yazmağı dayandırdığını bildirərək, “bir neçə paylaşım ilə onları fəth etdim” kimi ifadələr işlədib. Bu sözlər xüsusilə diplomatik çevrələrdə qeyri-adi və provokativ bəyanat kimi qiymətləndirilir.