ABŞ qüvvələri İrana doğru hərəkət edən neft tankerinə zərbə endirib
Oman körfəzində baş vermiş son hadisə ABŞ və İran arasında davam edən qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İrana doğru hərəkət edən “Marivex” adlı neft tankeri hərbi göstərişlərə əməl etmədiyi üçün zərbə ilə dayandırılıb. Hücum nəticəsində gəminin mühərrik və idarəetmə sistemləri sıradan çıxıb və tanker hərəkət qabiliyyətini itirib. ABŞ tərəfi bu addımı həyata keçirdiyi dəniz məhdudiyyətləri siyasətinin tərkib hissəsi kimi təqdim edir. Son aylarda Vaşinqton və Tehran arasında həm hərbi, həm də iqtisadi sahədə gərginliyin artdığı müşahidə olunur. Analitiklər hesab edirlər ki, dəniz nəqliyyatına yönələn bu cür əməliyyatlar bölgədə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da həssas hala gətirə bilər.
Oman sahillərində neft tankerində yanğın baş verib
Oman sahillərində Madaqaskar bayrağı altında üzən “Marivex” neft tankerində yanğın baş verməsi ilə bağlı məlumat beynəlxalq dəniz nəqliyyatı dairələrinin diqqətini cəlb edib. Hindistan rəsmilərinin açıqlamasına görə, tankerin göyərtəsində olan 24 hindistanlı dənizçinin hamısı təhlükəsiz vəziyyətdədir və hadisə zamanı insan itkisi qeydə alınmayıb. Məlumata əsasən, gəmi yanğın baş verən vaxt yük daşımırdı. Hindistanın aidiyyəti qurumları hadisə ilə bağlı vəziyyəti nəzarətdə saxlayır və dənizçilərin təhlükəsizliyinin təmin olunması üçün müxtəlif dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərir. Yanğının səbəbi hələlik məlum deyil və hadisənin bütün təfərrüatlarının araşdırıldığı bildirilir. Rəsmilər yaxın günlərdə daha ətraflı məlumatın açıqlanacağını gözlədiklərini bildirirlər.
İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bəyan edib. Məlumata görə, bu addım Sirik və Keşm adalarına edilən hücumlara cavab olaraq həyata keçirilib. İran dövlət televiziyasının yaydığı açıqlamada bildirilir ki, ABŞ hərbi qüvvələrinin Sirik və Keşm adalarına qarşı həyata keçirdiyi hücumlardan sonra bölgədəki hədəflər raketlərlə vurulub.
İran tankeri mühasirəni yardı: Ərəb dənizindən keçərək ölkə sularına daxil oldu
İrana məxsus neft tankeri Ərəb dənizi üzərindən keçərək ölkənin ərazi sularına daxil olub. İran ordusunun açıqlamasına görə, bu keçid bölgədə tətbiq edilən dəniz mühasirəsinə baxmayaraq həyata keçirilib.
“Laçın” tankeri ilə daşınan yük 225 min tonu ötüb
İlk milli tankerimiz “Laçın”ın istismara verilməsindən 6 il ötür. Bu barədə ASCO məlumat yayıb. Bildirilib ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
ABŞ Venesuela sahillərində neft tankerini ələ keçirdi
ABŞ hökuməti Venesuela sahilləri açığında sanksiyaya məruz qalmış neft tankerini ələ keçirib. ABŞ Baş prokuroru Pam Bondi bildirib ki, FBI, Daxili Təhlükəsizlik Nazirliyi və Sahil Mühafizəsi ABŞ ordusunun dəstəyi ilə Venesuela və İran neftinin daşınmasında iştirak edən tankerin müsadirəsi üzrə orderi həyata keçirib. Onun paylaşdığı videoda iki helikopterin gəmi üzərinə enməsi və silahlı şəxslərin tankerə endiyi görünür.
“QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı
“QatarEnergy” şirkəti çərşənbə günü Surinam sahillərində yerləşən 9 və 10 nömrəli dəniz bloklarında hasilatın pay bölgüsü üzrə iki yeni müqavilə imzalayıb. Şirkət bu sahələrdə kəşfiyyat hüquqlarını iyun ayında keçirilən tender mərhələsində qazanmışdı. Müqavilələrə əsasən, 9-cu blokda “QatarEnergy” 20% paya sahib olacaq. Blokun operatoru olan “Petronas Suriname” 30%, “Chevron” 20%, Surinamın milli neft şirkəti “Staatsolie”nin törəməsi Paradise Oil isə 30% paya malikdir.
Romada güclü partlayış baş verib
Romada yanacaqdoldurma məntəqəsində baş verən hadisədə azı 10 nəfər yaralanıb.