Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib."Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq
Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.ADY-dən verilən məlumata görə, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Rusiyanın bəzi bölgələrində yanacaq çatışmazlığı hələ də davam edir
Rusiyanın bəzi regionlarında yanacaq çatışmazlığı davam edir. Baş nazirin müavini Aleksandr Novak ən çətin vəziyyətin Sibirin bəzi bölgələrində olduğunu bildirib. Hakimiyyət daxili bazarı sabitləşdirmək üçün bir sıra tədbirlər həyata keçirir. Benzin ixracına qoyulan qadağa ilin sonunadək uzadılacaq. Dizel yanacağının ixracına tətbiq olunan məhdudiyyət isə bazar bərpa olunduqca aradan qaldırılacaq. Novak ehtiyac yaranacağı halda Qazaxıstanın Rusiyaya əlavə neft məhsulları göndərə biləcəyini deyib. Qazaxıstan artıq iyul ayında Rusiyaya ilk benzin partiyasını ixrac edib.
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndəriləcək
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək. 16 vaqon dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Qeyd edilən həcmdə dizel yanacağı bu gün - dəmir yolu ilə Azərbaycandan yola salınacaq.