Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi
Səudiyyə Ərəbistanının Yəməndə mina və partlayıcı qurğuların təmizlənməsi üzrə “Masam” layihəsi çərçivəsində ötən həftə ölkənin müxtəlif bölgələrində 1 836 partlayıcı vasitə zərərsizləşdirilib. Məlumata görə, təmizlənən qurğuların 1 792-si partlamamış sursat, 25-i tank əleyhinə mina, 13-ü piyada əleyhinə mina, 6-sı isə kustar üsulla hazırlanmış partlayıcı qurğu olub.
Livan ordusu ölkənin cənubunda dörd partlamamış aviabombanı zərərsizləşdirdi
Livan ordusu ölkənin cənub bölgəsində aşkar edilən dörd partlamamış aviabombanı zərərsizləşdirib. Nəbatiyə, Sur və Mərciyun ərazilərində aparılan əməliyyat zamanı təhlükəli sursatlar müəyyən edilib. VOA xəbər verir ki, Livan Milli Xəbər Agentliyi ordunun xüsusi mühəndis bölmələrinin əməliyyat keçirdiyini bildirib. Bombalar Abba, Haruf, Burc Şəmali və Debbin bölgələrində aşkar olunub. Hərbi qruplar sursatları yerində nəzarətli şəkildə məhv edib. Mülki əhali üçün təhlükənin olmadığı açıqlanıb. Bölgədə təhlükəsizlik tədbirləri davam etdirilir.
Livan ordusu İsrailin geri çəkilməsindən sonra cənubda əsas yolu açıb
Livan ordusu İsrail qüvvələrinin Debbin ərazisindən geri çəkilməsindən sonra ölkənin cənubunda Marjeyun-Debbin-İbl əl-Saqi yolunu açıb. Ərazi partlamamış sursatlarla bağlı təhlükə daşıdığı üçün əhaliyə yaxınlaşmamağı tövsiyə edilib. Xüsusi bölmələr mühəndislik yoxlamaları aparır və təhlükəli sursatların təmizlənməsi əməliyyatları davam edir.