Mansur Yavaş CHP-də siyasətə davam edəcək
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü və Yerli İdarəetmələrdən məsul rəhbər müavini Müslim Sarı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı müzakirələrə aydınlıq gətirib. Sarı bildirib ki, Yavaş CHP rəhbərliyinə partiyanın çətiri altında siyasi fəaliyyətini davam etdirmək istədiyini çatdırıb. Onun sözlərinə görə, CHP rəhbərliyi ilə Yavaş arasında hər hansı soyuqluq və ya problem yoxdur.
Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?
Türkiyədə Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan parçalanma fonunda partiya sədri Kemal Kılıçdaroğlu, yeni siyasi partiya yaradacağını açıqlayan Özgür Özəllə bağlı tərəfdarlarına mühüm göstəriş verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Kılıçdaroğlu Özgür Özəlin CHP-dən ayrılaraq yeni siyasi təşkilat yaratmaq qərarından sonra onu dəstəkləyən millət vəkilləri ilə qapalı toplantı keçirib. Görüşdə partiyanın bundan sonrakı fəaliyyət istiqamətləri, CHP-də qalacaq və ayrılacaq deputatlarla bağlı yol xəritəsi müzakirə olunub.
Özəlin yeni partiyasına kimlər qatılacaq?
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özəlin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra partiya daxilində siyasi mövqelərlə bağlı müzakirələr davam edir. Keçmiş Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar yeni siyasi quruma qoşulmayacağını açıqlayıb.
Özgür Özel yeni partiya yaradacağını açıqladı
Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özel yeni siyasi partiya yaradacaqlarını açıqlayıb. Həmçinin o, partiyanın ideoloji xəttinə sadiq qalacaqlarını da vurğulayıb.
Ərdoğandan partiya rəhbərliyinə göstəriş: “CHP-ni kənara qoyun, əsas məsələ terrorsuz Türkiyədir”
Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının rəhbər orqanlarının son iclasında əsas diqqətin ölkənin təhlükəsizlik gündəliyinə və “Terrorsuz Türkiyə” strategiyasına yönəldilməsinin vacibliyini vurğulayıb.