7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Özəlin yeni partiyasına kimlər qatılacaq?

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özəlin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra partiya daxilində siyasi mövqelərlə bağlı müzakirələr davam edir. Keçmiş Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar yeni siyasi quruma qoşulmayacağını açıqlayıb.

22 İyul 2026 10:27
Özəlin yeni partiyasına kimlər qatılacaq?

BAKI,VOA Orxan Qədirzadə

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özəlin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra partiya daxilində siyasi mövqelərlə bağlı müzakirələr davam edir. Keçmiş Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar yeni siyasi quruma qoşulmayacağını açıqlayıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Karalar jurnalist Hilal Köylüyə açıqlamasında siyasi fəaliyyətini CHP sıralarında davam etdirəcəyini bildirib.

"CHP-də qalacağam. Mən 54 illik CHP üzvüyəm. Mənim üçün şəxslər deyil, prinsiplər önəmlidir. Mübarizə Atatürkün iki böyük əsərindən biri olan CHP-də davam etməlidir", – deyə Karalar vurğulayıb.

Özgür Özəlin yeni partiya təşəbbüsündən sonra Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaşın da hansı siyasi mövqeni seçəcəyi diqqət mərkəzindədir. Siyasi kulislərdə yayılan iddialara görə, Yavaşın Kemal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP-də fəaliyyətini davam etdirməyə üstünlük verdiyi bildirilir.

Eyni zamanda, Mersin Böyükşəhər Bələdiyyə Başçısı Vahap Seçer və İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cemil Tuqayın da CHP-də qalmaq qərarı verdiyi iddia olunur.

Rəsmi olaraq nə Mansur Yavaş, nə də digər adı çəkilən bələdiyyə sədrləri bununla bağlı açıqlama verməyiblər. Hazırda onların siyasi gələcəyi ilə bağlı yayılan məlumatlar kulis iddiaları kimi qiymətləndirilir.

Məqalədə: #CHP #Özgür Özel #Türkiyə siyasəti #Cümhuriyyət Xalq Partiyası #Zeydan Karalar #Özgür Özəl yeni partiya #Türkiyədə müxalifət #CHP daxilində müzakirələr #siyasi partiya dəyişikliyi #yeni siyasi qurum

Mövzu üzrə digər xəbərlər

Mansur Yavaş CHP-də siyasətə davam edəcək
Türkiyə

Mansur Yavaş CHP-də siyasətə davam edəcək

26 Avqust 15:00
Dövlətə qarşı manipulyasiya cəhdlərinə imkan verməyəcəyik - Ərdoğan
Türkiyə

Dövlətə qarşı manipulyasiya cəhdlərinə imkan verməyəcəyik - Ərdoğan

28 İyul 15:42
Özəlin Yeni Partiyasının proqramında LGBT-yə dəstək verməsi müzakirələrə səbəb olub
Türkiyə

Özəlin Yeni Partiyasının proqramında LGBT-yə dəstək verməsi müzakirələrə səbəb olub

26 İyul 14:03
Kılıçdaroğlu yeni partiyaya keçmək istəyən deputatlar barədə nə deyib?
Türkiyə

Kılıçdaroğlu yeni partiyaya keçmək istəyən deputatlar barədə nə deyib?

24 İyul 09:33

Son Xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.