“Terrorsuz Türkiyə” prosesi fonunda keçmiş sui-qəsdlər yenidən gündəmdə
Türkiyədə “Terorsuz Türkiyə” prosesi çərçivəsində terrorla mübarizənin yalnız silahlı qrupların fəaliyyətinin dayandırılması ilə məhdudlaşmamalı olduğu, eyni zamanda keçmişdə baş vermiş müəmmalı hadisələrin və sui-qəsdlərin də araşdırılmasının vacibliyi müzakirə olunur. Türkiyə mediasında 40 il davam edən terror probleminin aradan qaldırılması ilə yanaşı, terroru qidalandırdığı iddia edilən strukturların və keçmişdə baş vermiş şübhəli hadisələrin araşdırılmasının əhəmiyyətinə diqqət çəkilir.
Muhsin Yazıcıoğlu işi üzrə istintaqda yeni iddia ortaya çıxıb
Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı istintaqda 17 ildən sonra yeni iddialar araşdırma materiallarına daxil edilib. İstintaq çərçivəsində həbs olunan şübhəlilərdən biri, F-4 hərbi təyyarəsində Silah Sistemləri Zabitı kimi xidmət etmiş Ali Armağan barəsində helikopter qəzası ilə bağlı yeni ittihamlar irəli sürülüb.
Muhsin Yazıcıoğlunun helikopter qəzası ilə bağlı istintaqda 19 nəfər həbs olunub
Türkiyədə Böyük Birlik Partiyasının (BBP) qurucu sədri Muhsin Yazıcıoğlunun və daha beş nəfərin həlak olduğu helikopter qəzası ilə bağlı FETÖ terror təşkilatına dair aparılan istintaq çərçivəsində 19 şübhəli həbs edilib.