5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Muhsin Yazıcıoğlu işi üzrə istintaqda yeni iddia ortaya çıxıb

Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı istintaqda 17 ildən sonra yeni iddialar araşdırma materiallarına daxil edilib. İstintaq çərçivəsində həbs olunan şübhəlilərdən biri, F-4 hərbi təyyarəsində Silah Sistemləri Zabitı kimi xidmət etmiş Ali Armağan barəsində helikopter qəzası ilə bağlı yeni ittihamlar irəli sürülüb.

19 İyul 2026 16:31
Muhsin Yazıcıoğlu işi üzrə istintaqda yeni iddia ortaya çıxıb

BAKI,VOA Orxan Qədirzadə

Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı istintaqda 17 ildən sonra yeni iddialar araşdırma materiallarına daxil edilib. İstintaq çərçivəsində həbs olunan şübhəlilərdən biri, F-4 hərbi təyyarəsində Silah Sistemləri Zabitı kimi xidmət etmiş Ali Armağan barəsində helikopter qəzası ilə bağlı yeni ittihamlar irəli sürülüb.

Ankara Baş Prokurorluğunda davam etdirilən istintaq çərçivəsində ümumilikdə 19 nəfər həbs edilib. İstintaq materiallarında Ali Armağanın FETÖ terror təşkilatı ilə əlaqəli olduğu iddiaları, eləcə də hadisə günü həyata keçirdiyi uçuşla bağlı yeni qiymətləndirmələr yer alıb.

İstintaq sənədlərinə əsasən, Ali Armağanın FETÖ/PDY silahlı terror təşkilatının göstərişləri əsasında hərəkət etdiyi, 25 mart 2009-cu ildə Kahramanmaraşın Göksun rayonunda qeydiyyat nişanı TC-HEK olan helikopterin qəzaya uğramasından əvvəl F-4 təyyarəsində kəşfiyyat uçuşunda iştirak etdiyi iddia olunur.

İstintaq orqanlarının qiymətləndirməsinə görə, hadisə zamanı F-4 təyyarəsi aşağı hündürlükdə uçuş həyata keçirərək helikopterin yaxınlığında səs sürətinin aşılması nəticəsində sonik partlayış yaradıb və bunun helikopterin qəzaya uğramasına səbəb ola biləcəyi ehtimal edilir.

Bu çərçivədə Ali Armağana qarşı "qəsdən adam öldürmə", "silahlı terror təşkilatı yaratma, idarə etmə və ya üzv olma" ittihamları irəli sürülüb.

İstintaq zamanı Ali Armağanın polis və prokurorluqda verdiyi ifadələr də iş materiallarına daxil edilib.

İfadə zamanı ona FETÖ ilə əlaqələri barədə çoxsaylı suallar ünvanlanıb.

İstintaq sənədlərində diqqət çəkən məqamlardan biri də Ali Armağanın FETÖ rəhbərlərindən olduğu bildirilən və barəsində axtarış elan edilmiş Adil Öksüzlə telefon əlaqələri barədə iddialar olub.

Prokurorluğun təqdim etdiyi məlumatlara əsasən, 2012–2014-cü illər arasında Adil Öksüzün istifadə etdiyi telefon xətti ilə Ali Armağanın ailəsinə aid olduğu bildirilən telefon nömrəsi arasında 152 dəfə əlaqə qeydə alınıb.

Ali Armağan ifadəsində həmin telefon nömrəsinin həyat yoldaşı Şərifə Armağan tərəfindən istifadə edildiyini, nömrənin qayınatası Şükrü Ünalın adına rəsmiləşdirildiyini bildirib.

O, "patates hat" kimi tanınan, qeydiyyatsız və ya başqasının adına rəsmiləşdirilmiş telefon nömrələri ilə hər hansı əlaqəsinin olmadığını deyib.

İstintaq zamanı Ali Armağana 2017-ci ildə Adil Öksüzün Sakaryadakı evində aparılan axtarış zamanı aşkarlanmış, üz qabığında Fətullah Gülənin adı yazılmış "Kalbim Zümrüt Tepeleri" kitabı üzərində həyat yoldaşı Şərifə Armağana məxsus olduğu bildirilən barmaq izi barədə də sual verilib.

Ali Armağan bu iddianı qəbul etməyərək ekspertiza nəticələrinə etiraz etdiklərini, nə özünün, nə də həyat yoldaşının heç vaxt Sakaryada olmadığını bildirib.

Ona, həmçinin təşkilatın "məxfi imamı" olduğu iddia edilən Mehmet Sarıbal ilə telefon əlaqələri və Adil Öksüzlə münasibətləri barədə də suallar ünvanlanıb.

Ali Armağan həm Mehmet Sarıbalı, həm də Adil Öksüzü tanımadığını və onlarla hər hansı əlaqəsinin olmadığını bildirib.

İstintaq materiallarında Terrorla Mübarizə İdarəsinin müəyyən etdiyi ByLock yazışmaları da yer alıb.

Prokurorluq Ali Armağana təqdim etdiyi sənədlərdə Mehmet Durakoğlu ilə Ömər Hakan Kısıkkaya arasında aparıldığı bildirilən ByLock yazışmalarında Muhsin Yazıcıoğlunun FETÖ tərəfindən öldürüldüyünə dair qiymətləndirmələrin yer aldığını qeyd edib.

Bundan başqa, şahid Abdullah Öndərin ifadəsində təşkilat rəhbərlərindən birinin "F-16 pilotu üzərinə düşən tapşırığı yerinə yetirdi" dediyi barədə iddialar da Ali Armağana təqdim olunub.

Ali Armağan isə ifadəsində Mehmet Durakoğlu, Abdullah Öndər və Hakan Kısıkkaya adlarını ilk dəfə bu istintaq çərçivəsində eşitdiyini, ByLock yazışmaları barədə heç bir məlumatının olmadığını bildirib.

İstintaq çərçivəsində Ali Armağanın həyat yoldaşı Şərifə Armağanın ifadəsi də alınıb.

İfadədə ailə üzvləri barədə məlumat verən Şərifə Armağan bildirib ki, kürəkəni Fatih Şükrü Bağdaş Türkiyə Silahlı Qüvvələrində baş leytenant kimi xidmət edib və FETÖ ilə bağlı fövqəladə vəziyyət dövründə qəbul edilmiş qanun hökmündə fərman əsasında dövlət qulluğundan uzaqlaşdırılıb.

İstintaq materiallarında Ali Armağanın hərbi karyerası ilə bağlı məlumatlara da yer verilib.

Bildirilib ki, o, Hərbi Hava Qüvvələrində F-4 Silah Sistemləri Zabitı kimi xidmət edib, daha sonra Hərbi Hava Akademiyasında müəllim, Hərbi Hava Əməliyyatları və Kəşfiyyatı kafedrasının rəhbəri və Hərbi Hava Məktəbinin Qərargah rəisi vəzifələrində çalışıb.

Ali Armağan son olaraq Yalova Hərbi Hava Meydanının komandanı vəzifəsində xidmət etdikdən sonra 2014-cü ildə ehtiyata buraxılıb.

Məqalədə: #FETÖ/PDY silahlı terror təşkilatı #Helikopter qəzası #Muhsin Yazıcıoğlu #Böyük Birlik Partiyası #F-4 hərbi təyyarəsi #Silah Sistemləri Zabitı #Ali Armağan #helikopter qəzası ilə bağlı yeni ittihamlar

Mövzu üzrə digər xəbərlər

“Terrorsuz Türkiyə” prosesi fonunda keçmiş sui-qəsdlər yenidən gündəmdə
Türkiyə

“Terrorsuz Türkiyə” prosesi fonunda keçmiş sui-qəsdlər yenidən gündəmdə

7 Avqust 10:59
Muhsin Yazıcıoğlunun helikopter qəzası ilə bağlı istintaqda 19 nəfər həbs olunub
Türkiyə

Muhsin Yazıcıoğlunun helikopter qəzası ilə bağlı istintaqda 19 nəfər həbs olunub

18 İyul 17:24
Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol
Türkiyə

Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

15 İyul 09:00
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
Siyasət

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

28 İyun 19:10

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.