Aİ BƏƏ ilə strateji tərəfdaşlıq müqaviləsi üçün danışıqlara başlayıb
Avropa İttifaqı (Aİ), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Strateji Tərəfdaşlıq Müqaviləsi üzrə danışıqlara başladığını açıqlayıb. BƏƏ-də rəsmi səfərdə olan Aİ Komissiyasının Aralıq dənizi üzrə üzvü Dubravka Suica bu barədə ABŞ mərkəzli sosial media platformasında paylaşım edib. “Bugün Aİ-BƏƏ münasibətlərində mühüm bir dönüş nöqtəsini qeyd edirik. Strateji Tərəfdaşlıq Müqaviləsi üçün danışıqlara başlamaqdan və bunu BƏƏ Siyasi İşlər üzrə Nazir Müavini Lana Nuseybe ilə açıqlamaqdan böyük şərəf duyuruq.” - deyə Suica qeyd edib.
Türkiyədə BƏƏ Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)
2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 78 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 312 milyon 450 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 171 milyard türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.
Cənubi Koreya-BƏƏ Süni intellekt və nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirir
Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, nüvə enerjisi, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə 7 memorandum imzalayıblar. Cənubi Koreya Prezidenti Li Çje Myon və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Abu Dabidə görüşüblər. Li Çje Myon BƏƏ-ni “qardaş ölkə” adlandıraraq, ölkəsinin BƏƏ ilə “əsrlik dostluq qurmaq üçün geniş əməkdaşlığa hazır olduğunu” bildirib.
Adnoc L&S 2025-ci ilin ilk doqquz ayında rekord nəticələr əldə edib
Adnoc Logistics & Services şirkəti listinqdən bəri ən güclü doqquz aylıq maliyyə göstəricilərini açıqlayıb. Hesabata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 3,7 milyard dollara çatıb. Eyni zamanda Ebitda 30 faiz artaraq 1,12 milyard dollar təşkil edib və marja 30 faiz səviyyəsində qorunub.
AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib
Tədbir çərçivəsində keçirilən panel sessiyasında birbaşa xarici investisiyaların cəlb edilməsində Agentliyin funksiyası və əlaqələndirici kimi rolu, Azərbaycanın investisiya və biznes mühitinin üstünlükləri barədə məlumat verilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı (World Investment Conference) və 8-ci Şarja İnvestisiya Forumunda (Sharjah Investment Forum) təmsil olunub.
Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar
Böyük Britaniya Rusiya ilə əlaqəli olan 134 gəmiyə qarşı sanksiyalar tətbiq edib.