9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası BƏƏ
BƏƏ

Emirates 13 ildən sonra Dəməşq uçuşlarını bərpa edir

2 İyun 2025 15:04
Emirates 13 ildən sonra Dəməşq uçuşlarını bərpa edir

BAKI, AzerVoice

BƏƏ-nin Emirates Hava Yolları 13 illik fasilədən sonra iyulun 16-da Dəməşq reyslərini bərpa edəcək.

AzerVoice xəbər verir ki, 2012-ci ildə Suriyadakı vətəndaş müharibəsi səbəbilə dayandırılmış uçuşlar ilkin mərhələdə həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.

2 avqustdan etibarən şənbə günü də əlavə olunacaq və həftəlik reyslərin sayı dördə çatacaq. Oktyabrın 26-dan isə uçuşlar gündəlik icra olunacaq.

Emirates-in bu qərarı BƏƏ Baş Mülki Aviasiya İdarəsi ilə aparılan ətraflı qiymətləndirmədən sonra qəbul edilib. Şirkətin İdarə Heyətinin sədri Şeyx Əhməd bin Səid Əl Məktum bildirib ki, bu addım Suriyanın bərpa və yenidənqurma səylərinə strateji dəstək verəcək, iqtisadi fəallığı canlandıracaq, sərmayə və ticarətə yeni imkanlar yaradacaq.

O, həmçinin qeyd edib ki, yeni hava əlaqələri Amerikada, Avropada və Körfəz ölkələrində yaşayan suriyalıların vətənləri ilə əlaqəsini gücləndirəcək. Bu insanlar öz bilik və bacarıqları ilə ölkənin inkişafına töhfə verə bilərlər.

Qeyd edək ki, Emirates Hava Yolları 2012-ci ildə Suriyada vətəndaş qarşıdurması şiddətlənəndən sonra Dəməşq uçuşlarını dayandırmışdı. Hazırda BƏƏ-də 350 mindən çox suriyalının yaşadığı bildirilir və bu qərarın iki ölkə arasında ticarət əlaqələrinin dirçəlməsinə təkan verəcəyi gözlənilir.

Məqalədə: #BƏƏ #Suriya #Dəməşq #BƏƏ şirkətləri #emirates #Uçuşların bərpası #Aviasiya sektoru

Mövzu üzrə digər xəbərlər

Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
BƏƏ

Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb

8 Sentyabr 15:52
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb

8 Sentyabr 11:15
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Ərəb turizmi

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur

8 Sentyabr 07:47
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır

7 Sentyabr 18:41

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.