Artemis II missiyasında kritik 40 dəqiqə başlayır
Artemis II missiyası ilə Aya doğru hərəkət edən heyət Ayın arxa tərəfinə keçərkən təxminən 40 dəqiqə ərzində Yer ilə bütün əlaqəni itirəcək. Məlumata görə, ABŞ-ın Hyuston şəhərində yerləşən nəzarət mərkəzi ilə əlaqənin tam kəsiləcəyi bu zaman intervalında astronavtlar kosmosda tam təcrid vəziyyətində qalacaqlar.