Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı
Suriyanın Latakiya vilayətində keçirilən təhlükəsizlik əməliyyatı zamanı devrilmiş Bəşşar Əsəd rejiminin iki yüksək rütbəli zabiti — general-mayor Heysəm Bərakat və general-mayor Mərvan Bərakat saxlanılıb. Suriya Daxili Təhlükəsizlik Komandanlığının məlumatına görə, əməliyyat Qərdəha şəhərində həyata keçirilib. Saxlanılan şəxslərin terror və digər təhlükəsizliklə bağlı işlərdə iştirakı araşdırılır.
Bəşər Cəfərinin Moskvada görüntüləri suriyalılar arasında etiraz doğurub
Suriyanın BMT-də keçmiş daimi nümayəndəsi və Rusiyadakı keçmiş səfiri Bəşər Cəfərinin Moskvada keçirilən tədbirdə görüntülənməsi suriyalılar arasında geniş müzakirələrə səbəb olub. Keçmiş Suriya prezidenti Bəşşar Əsədin hakimiyyəti dövründə rejimin əsas diplomatik simalarından biri olan Cəfərinin jurnalist Əkrəm Xəzzamın ad günü mərasimində iştirakı sosial şəbəkələrdə tənqid edilib.