7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Bəşər Cəfərinin Moskvada görüntüləri suriyalılar arasında etiraz doğurub

Suriyanın BMT-də keçmiş daimi nümayəndəsi və Rusiyadakı keçmiş səfiri Bəşər Cəfərinin Moskvada keçirilən tədbirdə görüntülənməsi suriyalılar arasında geniş müzakirələrə səbəb olub. Keçmiş Suriya prezidenti Bəşşar Əsədin hakimiyyəti dövründə rejimin əsas diplomatik simalarından biri olan Cəfərinin jurnalist Əkrəm Xəzzamın ad günü mərasimində iştirakı sosial şəbəkələrdə tənqid edilib.

9 Avqust 2026 18:14
Bəşər Cəfərinin Moskvada görüntüləri suriyalılar arasında etiraz doğurub

BAKI,VOA Orxan Qədirzadə

Suriyanın BMT-də keçmiş daimi nümayəndəsi və Rusiyadakı keçmiş səfiri Bəşər Cəfərinin Moskvada keçirilən tədbirdə görüntülənməsi suriyalılar arasında geniş müzakirələrə səbəb olub. Keçmiş Suriya prezidenti Bəşşar Əsədin hakimiyyəti dövründə rejimin əsas diplomatik simalarından biri olan Cəfərinin jurnalist Əkrəm Xəzzamın ad günü mərasimində iştirakı sosial şəbəkələrdə tənqid edilib.

Xəzzam bir neçə gün əvvəl ad günü mərasimindən görüntülər yayıb. Videoda Cəfəri ilə yanaşı, keçmiş Əsəd rejimi ilə əlaqəli bir sıra şəxslərin də iştirak etdiyi, tədbirdə musiqi, alqış və şirniyyatın olduğu əyləncəli atmosferin yaşandığı görünür.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Suriyalı istifadəçilərin bir qismi Cəfərinin Moskvada hansı şəraitdə yaşaması və fəaliyyət göstərməsi ilə bağlı suallar səsləndirib, digərləri isə Əsəd rejiminin süqutundan sonra keçmiş yüksəkvəzifəli şəxsin belə bir tədbirdə görünməsini tənqid edib.

Cəfərinin görüntüləri eyni zamanda Əsəd rejiminin süqutundan sonra Suriyanı tərk edərək Rusiyaya gedən və ya orada qalan keçmiş rejim rəsmilərinin taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Jurnalistlərdən sərt tənqid

Suriyalı jurnalist Həsib Zeyni görüntülərdəki şəxsin Bəşər Cəfəri olduğuna əvvəlcə inanmadığını bildirib. O, jurnalist Əkrəm Xəzzamın Cəfərini ad günü mərasiminə dəvət etməsini tənqid edib.

Zeyninin sözlərinə görə, Xəzzam dəvətin əsas məqsədinin Cəfəridən müsahibə almaq olduğunu bildirib və müsahibə zamanı “şeytanın vəkili” rolunu oynamağa hazır olduğunu deyib. Lakin onun iddiasına görə, Cəfəri tədbirdə iştirak etsə də, müsahibə verməyə razı olmayıb.

Jurnalist bu vəziyyəti peşəkar fəaliyyətlə etik məsuliyyət arasındakı balans baxımından tənqid edib və jurnalistikanın yalnız peşə tələblərindən deyil, həm də etik məsuliyyətdən ibarət olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə digər suriyalı fəallar da Cəfərinin keçmiş rejimlə əlaqəli şəxslərlə birlikdə görüntülənməsinə münasibət bildiriblər.

Siyasi analitik Mahmud Əhməd Hafiz Cəfərinin BMT Təhlükəsizlik Şurasının iclaslarında və daha sonra Moskvada səfir kimi fəaliyyət göstərdiyini xatırladaraq, onun son görüntüsünü keçmiş siyasi fəaliyyətinin sonrakı mərhələsi kimi qiymətləndirib.

Suriyalı fəal Ömər Mədəni isə Cəfəri və keçmiş rejimin bəzi rəsmilərinin Moskvada əyləndiyi görüntüləri tənqid edib.

Bəşər Cəfəri kimdir?

Bəşər Cəfəri Bəşər Əsəd hakimiyyəti dövründə Suriyanın ən tanınmış diplomatlarından biri olub. O, uzun illər Suriyanın BMT-də daimi nümayəndəsi vəzifəsini icra edib və Suriya müharibəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclaslarında Dəməşqin mövqeyini müdafiə edib.

Cəfəri 2020-ci ildə xarici işlər və mühacirlər nazirinin müavini təyin olunub. Daha sonra Suriyanın Rusiyadakı səfiri vəzifəsinə göndərilib və Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutuna qədər bu vəzifəni icra edib.

Hakimiyyət dəyişikliyindən sonra Cəfəri ictimai-siyasi gündəmdən uzaqlaşıb. Onun Rusiyada qaldığı barədə məlumatlar yayılsa da, uzun müddət ictimaiyyət qarşısında görünməyib.

Moskvadakı son görüntüləri isə keçmiş Əsəd rejimi rəsmilərinin Rusiyadakı vəziyyəti, onların gələcək taleyi və Suriyada hakimiyyət dəyişikliyindən sonra məsuliyyət məsələləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Məqalədə: #Suriyada hakimiyyət dəyişikliyi #Bəşər Cəfəri #Bəşər Əsəd rejimi #Bəşər Cəfəri Moskva #Bəşər Cəfəri son görüntülər #Suriyanın keçmiş diplomatı #Suriya BMT nümayəndəsi #Suriya Rusiyadakı səfiri #Əsəd rejiminin keçmiş rəsmiləri

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.