Kleopatra həqiqətən ilan sancmasından ölüb?
Misir kraliçası Kleopatranın zəhərli ilan sancması nəticəsində öldüyü geniş yayılmış versiyadır. Lakin tarixçilər onun ölüm səbəbinin ilan zəhəri olduğuna dair qəti sübutun olmadığını bildirirlər. Kleopatra və sevgilisi, Roma sərkərdəsi Mark Antoni eramızdan əvvəl 31-ci ildə Aktium döyüşündə məğlub olduqdan sonra İsgəndəriyyəyə çəkiliblər. Roma qoşunlarının şəhərə yaxınlaşmasından sonra Antoni intihar edib. Kleopatra isə eramızdan əvvəl 30-cu il avqustun 10-da, 39 yaşında həyatına son qoyub.
Kleopatra necə öldü? Misir kraliçasının intiharı ilə nəticələnən son günlər
Eramızdan əvvəl 30-cu il avqustun 10-da, bəzi tarixçilərə görə isə avqustun 12-də Misir kraliçası VII Kleopatra Roma sərkərdəsi Oktavianın qoşunları qarşısında məğlub olduqdan sonra həyatına son qoyub.