Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlərin şiddətlənməsi son üç gündə 676 itkiyə və təxminən 21 min insanın köçkün düşməsinə səbəb olub.
Yəmən qüvvələri İranın dəstəklədiyi husilərin hücumunun qarşısını alıb
Yəmən hökumətinə bağlı qüvvələr Təiz əyalətində husilərin hücum cəhdinin qarşısını alıb. Hücum əl-Məfalis cəbhəsindəki mövqelərə qarşı həyata keçirilib. Yəmən ordusunun 4-cü Piyada Briqadasının hücumu dəf etdiyi bildirilib. Hökumət qüvvələrinin məlumatına görə, husilər ciddi itkilər verib. Hadisə ölkənin müxtəlif bölgələrində hərbi gərginliyin artdığı bir vaxtda baş verib.