İran müharibəni ən azı noyabra qədər davam etdirə bilər - Rufiz Hafizoğlu
SEPAH sözçüsü Əli Məhəmməd Naini İranın ən azı 6 ay intensiv müharibə aparmaq üçün kifayət qədər hərbi resurslarının olduğunu açıqlayıb. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, ümumiyyətlə, müharibə dövründə bu kimi bəyanatlar vermək olduqca normaldır: "Analoji olaraq, ABŞ və İsrail də fərqli bəyanatlar verir və bu, müharibə şəraitində normal qəbul edilməlidir. Əsas məsələ isə müharibənin uzanma müddətidir. Bu gün reallıq göstərir ki, ABŞ və İsrailin İranda başlatdıqları əməliyyatda istədikləri uğuru əldə edə bilməyiblər. Onlar gözləyirdilər ki, bombardmandan sonra İran xalqı küçələrə çıxacaq, Xamenei və rejimin dağılmasını tələb edəcək. Lakin belə bir hal baş verməyib. Dəfələrlə xalqa müraciət olunmasına baxmayaraq, ABŞ və İsrailin çağırışları öz təsirini göstərməyib".
Suriya prezidenti Livanın Hizbullahın tərksilah edilməsi təşəbbüsünü dəstəklədiyini açıqlayıb
Suriya prezidenti Əhməd əş-Şəraa Livan prezidenti Cozef Aunun Hizbullahın silahsızlaşdırılması istiqamətində apardığı siyasəti dəstəklədiyini açıqlayıb. Bu barədə Suriya dövlət mediası məlumat yayıb. Bildirilir ki, Əhməd əş-Şəraa Avropa rəsmiləri ilə keçirilən videokonfrans zamanı Suriyanın Livan rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini bildirib.
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Küveyt Xarici İşlər Nazirliyi İran səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona rəsmi etiraz notasının təqdim edildiyini açıqlayıb. Nazirliyin bəyanatında bildirilib ki, İran səfiri martın 9-da artıq ikinci dəfə nazirliyə çağırılıb və bu addım İran tərəfindən Küveytə qarşı davam edən hücumlar fonunda atılıb. Küveyt tərəfi qeyd edib ki, İranın son hərbi fəaliyyətləri ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır və bu addımlar rəsmi etirazla qarşılanıb.
Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi
Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur. Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.
Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək
Roma Papası XIV Leon cümə axşamı Türkiyə və Livana səfər edəcək. Səfərin məqsədi xristianlar arasında birliyin təşviqi və Yaxın Şərqdə gərginliklərin artdığı bir vaxtda sülh çağırışlarının gücləndirilməsidir.
Cenevrədəki barış planı layihəsi Ukrayna milli maraqlarını əks etdirir - Ağ Ev
Ağ Ev Ukraynalı rəsmilərin, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün İsveçrənin Cenevrə şəhərində keçirilən barış planı görüşmələri nəticəsində hazırlanmış layihənin milli maraqları əks etdirdiyini açıqlayıb. Açıqlamada qeyd olunur ki, ABŞ Xarici İşlər Nazirliyi, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsiStiven Uitkoff, Trampın qayını Jared Kushner və ABŞ Senatoru Marko Rubio Ukraynalı heyətlə barış anlaşması layihəsinin son variantını nəzərdən keçiriblər.
Türkiyə və BMT UNRWA arasında Ankara ofisinin açılması barədə anlaşma imzalayıb
İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.
Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib
ABŞ-ın sabiq prezidenti Co Bayden 2024-cü ilin sonunda Qəzza müharibəsi ilə bağlı təqdim olunan kəşfiyyat məlumatlarında İsrailin beynəlxalq və ABŞ qanunlarını pozduğu ehtimalı barədə ciddi xəbərdarlıqlar alıb, lakin bu məlumatlara baxmayaraq, administrasiya İsrailə dəstəyi məhdudlaşdırmaq təkliflərini rədd edib.
HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək
Fələstinin "HƏMAS" hərəkatı daha iki girovun qalıqlarını yerli vaxtla saat 22:00-da İsrail tərəfinə təhvil verəcək.
Sistanidən “Hizbullah”a məktub – Livan xarici maraqlar üçün müharibələrə sürüklənməməlidir
İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.
İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib
İsrail qüvvələri Qəzzadaki atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində, aralarında ömürlük həbs cəzası alanların da olduğu 83 fələstinli məhbusu azad edib.