5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib

İsrail qüvvələri Qəzzadaki atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində, aralarında ömürlük həbs cəzası alanların da olduğu 83 fələstinli məhbusu azad edib.

13 Oktyabr 2025 13:11
İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail qüvvələri Qəzzadaki atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində, aralarında ömürlük həbs cəzası alanların da olduğu 83 fələstinli məhbusu azad edib.

Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, İsrail Qəzzada atəşkəs və girov mübadiləsi razılaşması çərçivəsində işğal altındakı İordan çayının qərb sahilində, Ramallah yaxınlığında yerləşən Ofer Həbsxanasından fələstinli məhbusları azad edib.

Xəbərdə bildirilib ki, atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilən 83 fələstinli azad olunub.

WAFA az sonra məlumatı yeniləyərək azad edilənlərin sayının 88 nəfər olduğunu açıqlayıb.

HƏMAS Qəzzada atəşkəs və girov mübadiləsi razılaşması çərçivəsində 20 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) nümayəndələrinə təhvil verərək bütün sağ israilli girovları azad etmişdi.

Fələstin Məhbuslar Media Ofisi də İsrailin atəşkəs çərçivəsində azad edəcəyi ömürlük həbsə məhkum edilmiş 250 fələstinli ilə 2023-cü ilin oktyabrından bəri Qəzzədən saxladığı 1718 nəfərin siyahısını dərc etmişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə davam edən danışıqlarda İsraillə HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi.

Müzakirələrin aparıldığı Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrın ilk saatlarında razılaşma qüvvəyə minib.

Razılaşmada nəzərdə tutulduğu kimi, İsrail ordusunun “sarı xətt” adlanan mövqelərə çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-da qüvvəyə mindiyi açıqlanıb.

İsrailin Qəzza zolağına 8 oktyabr 2023-dən atəşkəs razılaşmasına qədər keçirdiyi hücumlar nəticəsində 67 min 682 nəfər həlak olub, 170 min 33 nəfər yaralanıb.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Yaxın Şərq #Qəzza hücumu #Yaxın Şərq münaqişəsi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Yaxın Şərq siyasəti #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Yaxın Şərq sülhü #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.