Fransa ABŞ səfirinə sərt reaksiya verib
Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerin prezident Emmanuel Makrona ünvanladığı məktubda hökuməti antisemitizmlə mübarizədə yetərli addımlar atmamaqda tənqid etməsindən sonra onu rəsmi çağırışla nazirliyə dəvət edib. Kuşnerin məktubu, İsrailin bir neçə gün əvvəl Fransaya yönəltdiyi oxşar tənqidləri təkrarlayaraq, Parisin sərt reaksiyasına səbəb olub. Məktubunda Kuşner, Fransada antisemitizmin kəskin artdığını və hökumətin bu problemə qarşı kifayət qədər tədbir görmədiyini qeyd edərək, “Fransada yəhudilərə hücumların, sinaqoq və yəhudi məktəblərinin dağıdılmasının adi hala çevrildiyini” bildirib. O, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan sonra başlayan Qəzza müharibəsinin antisemitizmi daha da alovlandırdığını, “antisionizmin antisemitizm olduğunu” vurğulayıb. Kuşner həmçinin Fransada gənc nəslin Holokost barədə məlumatsızlığını tənqid edərək, təhsil sistemindəki boşluqlara diqqət çəkib.
İsrail-İran münaqişəsi G7 liderləri arasında qarşıdurmaya səbəb olub
ABŞ-ın sabiq prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun G7 sammitini vaxtından əvvəl tərk etməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.