Netanyahu Hizbullahı sülh cəhdlərini "sabotaj etməkdə" ittiham etdi
İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü Hizbullahı Livanla sülh razılaşmasının əldə olunması istiqamətindəki səyləri "sabotaj etməyə" çalışmaqda günahlandırıb. Livanla atəşkəs müqaviləsinin müddəti uzadıldıqdan sonra verdiyi ilk açıqlamada Netanyahu bildirib: "Biz İsrail və Livan arasında tarixi sülhə nail olmaq üçün bir proses başlatmışıq və Hizbullahın bunu sabotaj etməyə çalışdığı bizə aydındır".
İsrail atəşkəsə baxmayaraq Livanın cənubunu atəşə tutub
İsrail ordusu, atəşkəs rejiminə rəğmən Livanın cənubunda işğal etdiyi ərazilərdən kənarda yerləşən Deyr Amis qəsəbəsinə hava zərbələri endirib. İsrail ordusunun Livanda 17 aprel tarixində qüvvəyə minən atəşkəsə baxmayaraq, ölkə ərazisindəki hücumları davam edir. Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Sur şəhərinə bağlı Deyr Amis qəsəbəsini hava hücumu ilə hədəf alıb.
Vaşinqtonda Livan və İsrail arasında həlledici danışıqların ikinci raundu keçirilir
Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Beyrut və Tel-Əviv nümayəndələri arasında bu gün keçiriləcək ikinci raund hazırlıq görüşləri İsrail ordusunun Livandakı hərbi fəaliyyətlərinin kölgəsində reallaşacaq. Aprelin on yeddisində qüvvəyə minən on günlük müvəqqəti atəşkəsin başa çatmasına sayılı günlər kala baş tutacaq bu görüş regionda gərginliyin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.
Livan İsrail ilə danışıqlarda atəşkəsin uzadılmasını və dağıntıların dayandırılmasını tələb edəcək
Livan Prezidenti Cozef Aun ölkəsinin sabah ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail ilə keçirəcəyi görüşün əsas hədəflərini açıqlayıb. Prezident bildirib ki danışıqlar zamanı atəşkəs müddətinin uzadılması və İsrail ordusunun Livanın cənubundakı yaşayış məntəqələrində həyata keçirdiyi dağıntıların dərhal dayandırılması tələb olunacaq.
Makron və Nəvaf Salam Parisdə Livanın gələcəyini müzakirə edəcəklər
Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Livanın Baş naziri Nəvaf Salam ilə görüşəcək. Yelisey sarayından verilən məlumata görə Fransa lideri görüş zamanı Livandakı atəşkəs rejiminə tam sadiqliyini və ölkənin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Pakistan isə ABŞ və İran arasında atəşkəs müddətinin çərşənbə günü başa çatması ərəfəsində yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır.
Səudiyyə Ərəbistanı Livanda fransız sülhməramlılarına qarşı hücumu sərt şəkildə pisləyib
Səudiyyə Ərəbistanı zorakılığın bütün formalarını qəti şəkildə rədd edir. Bu bəyanatla Krallığın Xarici İşlər Nazirliyi çıxış edib. Rəsmi Riyad Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki Fransa kontingentinə qarşı törədilən və bir əsgərin ölümü, bir neçəsinin yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.
Əməliyyatlar silahsızlaşdırma və uzunmüddətli razılaşma əldə olunana qədər davam edəcək – İsrail
İsrailin "Walla" xəbər portalı ölkə ordusundakı yüksək rütbəli mənbəyə istinadən xəbər verir ki, Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatlar dayandırılmayacaq. Mənbənin bildirdiyinə görə, İsrail ordusunun əməliyyatları qarşıya qoyulmuş strateji hədəflərə çatana qədər davam etdiriləcək. Bu hədəflər aşağıdakı iki əsas bənddən ibarətdir:
Livanda BMT sülhməramlılarına hücum nəticəsində fransız hərbçi həlak olub
Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən 1 fransız sülhməramlısı həlak olub, daha 3 əsgər isə yaralanıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün "X" sosial media hesabı vasitəsilə məlumat verib. Makron bildirib ki, Montobandakı 17-ci Paraşütçü Mühəndis Alayının baş çavuşu Florian Montorio bu səhər baş verən hücum zamanı həyatını itirib.
Tramp İsrailin Livanı bombalamasını qadağan etdiyini açıqlayıb
İsrail artıq Livanı bombalamayacaq. ABŞ tərəfindən bunu etmələri qadağan edildi. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, məsələ ilə bağlı mövqeyini "Artıq kifayətdir" ifadəsi ilə qəti şəkildə ortaya qoyub. ABŞ lideri bu diqqətçəkən bəyanatla özünə məxsus "Truth Social" sosial media platformasındakı paylaşımında çıxış edib.
İsrail və Livan 10 günlük atəşkəs barədə razılığa gəliblər - Tramp
ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb. Ağ Ev rəhbəri tərəflər arasında əldə olunmuş bu razılaşmanın bölgədəki gərginliyin azaldılması və humanitar vəziyyətin sabitləşməsi üçün mühüm bir addım olduğunu bildirib.
Livan Prezidenti Netanyahu ilə görüşməkdən imtina edib
Livan Prezidenti Jozef Avnın İsrailin Livana qarşı hücumlarını davam etdirməsi səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib. Livanlı bir mənbənin İsrailin "Haaretz" qəzetinə verdiyi məlumata görə, Avn hücumlar fonunda və görüşün məqsədi qeyri-müəyyən qaldığı bir vaxtda belə bir təmasın Livan daxilində ciddi etirazla qarşılanacağının fərqindədir.
Livanda humanitar vəziyyət ağırlaşır və yaralıların sayı artmağa davam edir
İsrail ordusunun Livanda avtomobil və motosikletləri hədəf alan hücumları nəticəsində 3 nəfər həyatını itirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusu səhər saatlarından etibarən ölkənin cənubundakı onlarla qəsəbə və kəndi intensiv atəşə tutub. Hücumlar zamanı ölkənin şərqindəki Dahr Baydar yolu üzərində bir avtomobilin pilotsuz uçuş aparatı (PUA) ilə vurulması nəticəsində 1 nəfər ölüb. Qasimiye və Habbuş-Nebatiye yollarında hərəkətdə olan motosikletlərin hədəf alınması nəticəsində daha 2 nəfər dünyasını dəyişib.