12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Vaşinqtonda Livan və İsrail arasında həlledici danışıqların ikinci raundu keçirilir

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Beyrut və Tel-Əviv nümayəndələri arasında bu gün keçiriləcək ikinci raund hazırlıq görüşləri İsrail ordusunun Livandakı hərbi fəaliyyətlərinin kölgəsində reallaşacaq. Aprelin on yeddisində qüvvəyə minən on günlük müvəqqəti atəşkəsin başa çatmasına sayılı günlər kala baş tutacaq bu görüş regionda gərginliyin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

23 Aprel 2026 18:12
Vaşinqtonda Livan və İsrail arasında həlledici danışıqların ikinci raundu keçirilir

BAKI,VOA, Nailə Babazadə

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Beyrut və Tel-Əviv nümayəndələri arasında bu gün keçiriləcək ikinci raund hazırlıq görüşləri İsrail ordusunun Livandakı hərbi fəaliyyətlərinin kölgəsində reallaşacaq.

VOA xəbər verir ki,aprelin on yeddisində qüvvəyə minən on günlük müvəqqəti atəşkəsin başa çatmasına sayılı günlər kala baş tutacaq bu görüş regionda gərginliyin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

Vaşinqtonda ABŞ Dövlət Departamentinin ev sahibliyi ilə keçiriləcək toplantıda Dövlət katibi Marko Rubio Livanın Vaşinqtondakı səfiri Nada Həmədə Muavvad və İsrailin səfiri Yehiel Leyter iştirak edəcəklər. Müzakirələrə həmçinin ABŞ-ın Beyrut və Tel-Əvivdəki səfirlərinin də qatılacağı gözlənilir. Livan tərəfi bu görüşdə atəşkəs müddətinin uzadılmasını işğal altındakı kəndlərdə evlərin dağıdılmasının və ərazilərin təxrib olunmasının dərhal dayandırılmasını rəsmi şəkildə tələb edəcək.

Aprelin on dördündə reallaşan ilk görüş min doqquz yüz doxsan üçüncü ildən bəri İsrail və Livan arasında ən yüksək səviyyəli birbaşa təmas kimi tarixə düşüb. ABŞ tərəfi həmin görüşün səmərəli keçdiyini və tərəflərin birbaşa danışıqlara başlamaq mövzusunda razılığa gəldiyini açıqlasa da Livan tərəfi suverenlik və ərazi bütövlüyü prinsiplərini ön plana çəkir. Livan Prezidenti Cozef Avn bildirib ki birbaşa danışıqlar yalnız İsrailin atəşkəs qaydalarına tam əməl etməsindən sonra başlaya bilər.

Hazırda cənub bölgəsində İsrail ordusunun hücumları nəticəsində biri jurnalist olmaqla beş nəfərin həyatını itirməsi və yaşayış binalarının dağıdılması atəşkəsin kövrəkliyini nümayiş etdirir. Hizbullahın Baş katibi Naim Qasım isə hücumlar davam etdiyi müddətdə birbaşa müzakirələrə qarşı olduqlarını və prioritetin İsrail qoşunlarının Livan ərazilərindən tamamilə çıxarılması olduğunu vurğulayır. Beynəlxalq ictimaiyyət Vaşinqtondan gələcək qərarların bölgədə qalıcı sülhə yol açıb-açmayacağını yaxından izləyir.

Məqalədə: #Donald Tramp #Vaşinqton #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Livan İsrail gərginliyi

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.