Avropa üçlüyü İrana qarşı sanksiyaları bərpa edə bilər
Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.
İran və "Avropa üçlüyü" nüvə proqramı ilə bağlı müzakirələr aparıblar
“Avropa üçlüyünün” (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri Avropa İttifaqının (Aİ) ali diplomatı Kaya Kallasla birlikdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıblar. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
MAQATE yaxın zamanda İrana nümayəndə heyəti göndərəcək – Əraqçi
İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq üçün yeni bir mexanizmə razılıq verib.
ABŞ nüvə danışıqlarından əvvəl 12 günlük müharibəni kompensasiya etməlidir - İran
İranın xarici işlər naziri Abbas Ərakçi deyib ki, ABŞ danışıqlardan əvvəl 12 günlük müharibədə İrana verdiyi itkiləri kompensasiya etməlidir. Ərakçi Tehran rəhbərliyinin mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların bərpası üçün yeni şərtlər irəli sürdüyünü qeyd edib.
Böyük Britaniyanın ən böyük nüvə artımı başlayır- Starmer
İngiltərə Baş Nazirliyi ölkənin nüvə başlıqlı raketlər daşıya bilən 12 ədəd F-35 döyüş təyyarəsi alacağını açıqlayıb.
İsrail İranda xəstəxana binasını vurub
İsrailin İranın qərbindəki Kirmanşah şəhərində xəstəxananı vurduğu açıqlanıb.
Növbəti hücumlar daha sərt olacaq- Tramp
ABŞ-ın sabiq prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşma şansını dəyərləndirmədiyini bildirib və növbəti hərbi addımların daha sərt olacağını bəyan edib.