İsrail üçün mənim qədər heç kim heç nə etməyib – Tramp
ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.
İsrailin ABŞ-da nüfuzu getdikcə azalır - İsrailin keçmiş baş naziri Bennett
İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib.
ABŞ və İsrail arasında fikir ayrılıqları dərinləşir
İranla diplomatiya, Qəzzada mülki itkilər və Fələstin məsələsi Vaşinqton–Təl-Əviv münasibətlərini çətin sınaqlarla üz-üzə qoyur.
Respublikaçıların “Qızıl Dövrü” ABŞ-da bölünmələri gücləndirir
Trampın “qızıl dövr” elan etdiyi ikinci prezidentliyi ABŞ-da siyasi bölünmələri daha da dərinləşdirir.
Süni intellekt döyüş meydanında: ABŞ texnologiyası İsrail ordusunda
ABŞ-ın nəhəng texnologiya şirkətləri İsrailə Qəzza və Livanda şübhəli silahlıları daha sürətlə izləyib öldürmək imkanı verdilər. Bu, süni intellekt (AI) və bulud hesablama xidmətlərinin intensiv istifadəsi sayəsində mümkün olub. Lakin bununla yanaşı, öldürülən mülki şəxslərin sayı da artıb ki, bu da bu texnologiyaların mülki itkilərə səbəb olmasından narahatlıq yaradıb.