Ərəb ölkələrində ən çox hansı Azərbaycan mahnıları dinlənilir?
Musiqi hər hansı bir vizaya, tərcüməçiyə ehtiyac duymadan xalqların qəlbinə yol tapan yeganə bəşəri dildir. Şərq dünyasının musiqi xəritəsinə nəzər saldıqda, Azərbaycanın unikal melodiyalarının, ritmlərinin və bəstəkarlıq məktəbinin Yaxın Şərqdən Körfəz ölkələrinə qədər uzanan nəhəng bir coğrafiyada dərin izlər qoyduğunu görmək mümkündür.
Ərəb ölkələri İrana cavab verə bilərmi - bilərsə necə?
Müharibə müvəqqəti dayanıb, lakin “İranın ərəb ölkələrinə hücumunun qarşısının necə almaq olar” sualı ətrafındakı müzakirələr daha da güclənir. Artıq bölgədə ənənəvi çəkindirmə metodları öz qüvvəsini itirib. Bu, sadəcə nəzəri bir qeyd deyil; sürətlənən regional proseslər göstərir ki, Fars körfəzi yeni mərhələyə qədəm qoyub. İndi təkcə hərbi güc təhdidlərin qarşısını almaq üçün kifayət etmir, müharibədən qaçmaq isə hələ sabitlik demək deyil. Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik atəşkəs regional münaqişədə mühüm dönüş nöqtəsidir. Lakin bu, körfəz ölkələrinin təhlükəsizlik sistemində yeni alətlər və yollar axtarmasını zəruri edir. Bu gün şahidi olduğumuz proses "hərəkətin qarşısını almaq" məntiqindən, böhranların davamlı eskalasiya (gərginliyin artması) fonunda idarə edilməsi reallığına keçiddir.
Ərəb Liqası İsrailin İrana hücumlarını pisləyib
İsrailin İrana hücumları ilə bağlı İstanbulda toplaşan Ərəb Liqasının Xarici İşlər Nazirləri bu hücumları kəskin şəkildə pisləyib.