7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Nədir Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Brodi absesi nədir? Sümük daxilində xroniki infeksiyanın atipik forması

Brodi absesi sümüyün süngər maddəsində inkişaf edən, nekroz ocağı ilə xarakterik olan lokal iltihabi fokusdur. O, birinci dərəcəli xroniki osteomielitin atipik variantı hesab olunur və əsasən tədrici inkişaf edən, yüngül, lakin uzunmüddətli simptomlarla müşahidə edilir.

3 Yanvar 2026 17:15
Brodi absesi nədir? Sümük daxilində xroniki infeksiyanın atipik forması

BAKI,AzerVoice

Brodi absesi sümüyün süngər maddəsində inkişaf edən, nekroz ocağı ilə xarakterik olan lokal iltihabi fokusdur. O, birinci dərəcəli xroniki osteomielitin atipik variantı hesab olunur və əsasən tədrici inkişaf edən, yüngül, lakin uzunmüddətli simptomlarla müşahidə edilir.

Patogenez və yaranma səbəbi

Xəstəliyin əsas törədicisi Staphylococcus aureus (qızılı stafilokok) bakteriyasıdır. İnfeksiya adətən uzun boru sümüklərinin, xüsusilə diz oynağına yaxın nahiyənin süngər maddəsinə daxil olaraq yavaş templə irəliləyir. Brodi absesi digər uzun sümüklərdə də yarana bilər.

İmmun sisteminin zəifləməsi iltihabi prosesin xroniki forma almasına səbəb olur. Zaman keçdikcə sümüklərdə lokal destruksiya, boşluq və nekroz sahəsi əmələ gəlir. Bu boşluq irinli və ya seroz-hemorragik maye ilə dolu ola bilər.

Klinik əlamətlər və xəstəliyin gedişi

Brodi absesi çox zaman mürəkkəb və qeyri-tipik klinik əlamətlərlə müşahidə olunur. Onun başlıca simptomları aşağıdakılardır:

Əsas simptomlar

Zədələnmiş sümük nahiyəsində dövri ağrı
Ağrıların gecələr artması və hava dəyişdikdə güclənməsi
Bədən temperaturunda qeyri-daimi yüksəlmə
Zədələnmiş sümükdə qalınlaşma və sərtləşmə
Bəzi hallarda lokal dərinin qızartısı

Xroniki prosesin dərinləşməsi fonunda sümük toxuması qalınlaşır, bu isə sümük korteksinin sklerozu ilə müşahidə oluna bilər.

Bəzi xəstələrdə Brodi absesi tamamilə gizli inkişaf edir və ilk dəfə rentgen, MRT və ya KT müayinəsi zamanı aşkar olunur.

Kəskinləşmə dövrü

İltihabi prosesin aktivləşməsi zamanı:
bədən istiliyində artım,
üşütmə,
ağrıların intensivləşməsi
müşahidə oluna bilər.

Brodi absesinin müalicəsi

Brodi absesinin effektiv müalicə üsulu cərrahi müdaxilədir. Əməliyyat zamanı:

Sümük açılır,
Nekrotik toxumalar çıxarılır,
Boşluğun daxili divarı tam təmizlənir və kuretaj olunur,
Yara dezinfeksiya edilib tikilir.
Bundan sonra xəstəyə antibiotik terapiyası təyin edilir.

Xəstəliyin təhlükəsi

Brodi absesi xroniki osteomielitin atipik forması olduğuna görə:
uzunmüddətli sümük zədələnməsinə,
iltihabi boşluğun böyüməsinə,
qəfil kəskinləşmə riskinə səbəb ola bilər.

Özünümüalicə NİYƏ təhlükəlidir?

Bu xəstəlik yalnız həkim müdaxiləsi ilə sağala bilər. Özünümüalicə
infeksiyanın yayılmasına,sümük deformasiya və destruksiyasına, ağırlaşmalara gətirib çıxara bilər.

Məqalədə: #Brodi absesi #Brodi absesi nədir #Brodi absesi simptomları #xroniki osteomielit #sümükdə irinli abses #Staphylococcus aureus infeksiyası #osteomielit əlamətləri #uzun boru sümüklərinin infeksiyası #Brodi absesinin müalicəsi #sümük nekrozu #sümük infeksiyası #nekrotik toxuma #Brodi absesi hansı simptomlarla özünü göstərir #Brodi absesi necə müalicə olunur #Staphylococcus aureus sümükdə necə infeksiya yaradır #Brodi absesi olan xəstələrdə rentgen görüntüləri #Brodie abscess symptoms #خراج برودي #التهاب العظم والنقي المزمن #Brodi absesi nədir? Xroniki osteomielitin atipik forması açıqlanır #Sümük daxilində nekroz ocağı: Brodi absesinin simptomları və müalicəsi #Stafilokok mənşəli sümük infeksiyası – tibbi izah #Brodi absesi haqqında bilməli olduğunuz hər şey #Osteomielitin gizli forması: simptomlar və diaqnostika #What is Brodie abscess? Complete medical overview

Mövzu üzrə digər xəbərlər

Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

26 İyul 17:00
Mədədəki kiçik bir yara necə ölümcül təhlükəyə çevrilir? – Hər kəsin bilməli olduğu gizli əlamətlər
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Mədədəki kiçik bir yara necə ölümcül təhlükəyə çevrilir? – Hər kəsin bilməli olduğu gizli əlamətlər

12 İyul 16:00
Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

12 İyul 12:00
Quduzluq virusu: İnsan beynini ələ keçirən bioloji qatil haqqında acı həqiqətlər
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Quduzluq virusu: İnsan beynini ələ keçirən bioloji qatil haqqında acı həqiqətlər

5 İyul 10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.