6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Sadır Japarov Türkmənistan XİN rəhbəri ilə görüşüb

26 Fevral 2025 17:47
Sadır Japarov Türkmənistan XİN rəhbəri ilə görüşüb

Bakı,AzerVoice

Qırğızıstan prezidenti Sadır Japarov Qırğızıstanda işgüzar səfərdə olan Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

AzerVoice xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi və mədəni-humanitar əlaqələri, eləcə də enerji və nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətləri müzakirə ediblər.

Japarov Qırğızıstanın ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə səy göstərdiyini vurğulayıb və Türkmənistandan enerji resurslarının Qırğızıstana çatdırılması məsələlərini həll etdiklərinə görə türkmən tərəfinə minnətdarlığını bildirib.

Prezident ölkələr arasında nəqliyyat-logistika əməkdaşlığının əhəmiyyətli potensialını qeyd edərək, ticarət-iqtisadi münasibətlərdəki müsbət dinamikanı vurğulayıb.

Sadır Japarov çağırışlara və təhlükələrə birgə cavab vermək üçün çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildirib.

Öz növbəsində Türkmənistan xarici işlər naziri Rəşid Meredov, Sadır Japarovun 2021-ci ildə Türkmənistana etdiyi ilk rəsmi səfərinin iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin potensialını daha da artırmağa yönəlmiş strateji əhəmiyyətli məsələlərin geniş spektrdə müzakirəsinə imkan yaratdığını vurğulayıb.

Rəşid Meredov Türkmənistanın əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu qeyd edərək, birgə səylərin iki dövlət arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərini gücləndirəcəyini bildirib.

Görüşün sonunda Prezident Sadır Japarov Qırğızıstan-Türkmənistan münasibətlərinin gələcəkdə də strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyinə inamını ifadə edib.

Məqalədə: #Qırğızıstan #Sadır Japarov #Türkmənistan #Rəşid Meredov #Türk dövlətləri #İkitərəfli əlaqələr

Mövzu üzrə digər xəbərlər

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib
Türkmənistan

Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

2 Sentyabr 16:08
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?
Siyasət

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

1 Sentyabr 22:32
ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb
Siyasət

ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

1 Sentyabr 13:17

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.