5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

UÇAKSAN regional sərnişin təyyarəsi hazırlayıb

1 Noyabr 2023 12:02
UÇAKSAN regional sərnişin təyyarəsi hazırlayıb

Bakı. AzerPress:

Təlim və ümumi təyinatlı TROY T400 təyyarəsini hazırlayan türk aviasiya şirkəti UÇAKSAN, bu dəfə regional sərnişin təyyarəsi hazırlayıb.

AzerPress-in məlumatına görə, UÇAKSAN, geniş gövdəli regional sərnişin təyyarəsi yaratmaq üçün Dragut Layihəsini həyata keçirib. Layihənin məqsədi aşağı texniki xidmət xərcləri, sərfəli yanacaq sərfiyyatı ilə geniş gövdəli təyyarə yaratmaq idi.

Bu çərçivədə sərnişin daşıma vəzifəsi üçün 19 nəfər tutumlu bir təyyarə dizayn edildi. Bu missiyaya əlavə olaraq, təyyarənin yanğınsöndürmə, yük və hərbi daşıma kimi rolları yerinə yetirməsi planlaşdırılırdı.

Regional sərnişin təyyarəsinin qanadlarının uzunluğu 15,33 metr, hündürlüyü 4,58 metr və qanad sahəsinin 25 kvadratmetr olacağı gözlənilir.

Təyyarənin maksimum uçuş çəkisi 7 min 700 kiloqram olacaq və 3 min 700 kiloqram yük daşıya bilər. Maksimum sürəti saatda 480 kilometr, kruiz sürəti isə 420 kilometr olan təyyarə 2 min 200 kilometr məsafəni qət edə biləcək.

UÇAKSAN baş meneceri Emre Balcı bildirib ki, ilk olaraq iki nəfərlik təlim təyyarəsi layihəsinin dizaynı və istehsalı ilə başlamışıq, sonrakı mərhələlərdə bu təyyarəni dörd nəfərlik təyyarəyə çevirdik.

"Təyyarəmiz analoqlarına nisbətən daha geniş gövdə ilə dizayn edilib. Məqsədimiz regional təyyarə sektorundakı boşluğu yerli təyyarə ilə doldurmaq idi. Təyyarəmiz sərnişin təyyarəsi ilə yanaşı, yük təyyarəsi, yanğınsöndürmə təyyarəsi, təcili yardım kimi də istifadə edilə bilər. Layihənin ilkin konsept dizaynları tamamlanıb. Təfərrüatlı dizaynlara başlanılacaq. İnvestisiya büdcəsini təmin etsək, layihəni yenidən canlandırmağı planlaşdırırıq",- deyə baş menecer vurğulayıb.

Aytac Süleymanova

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə: #UÇAKSAN

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.