7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

TB3 TCG Anadoluya yerləşdirildikdə böyük bir güc qüvvəsi yaradacaq - Bayraktar

4 Noyabr 2023 12:22
TB3 TCG Anadoluya yerləşdirildikdə böyük bir güc qüvvəsi yaradacaq - Bayraktar

Bakı. AzerPress:

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar TB3 SİHA TCG Anadoluya yerləşdirildikdə böyük bir güc qüvvəsi yaradacaq.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil edilən "Vizyoner23" Sammitində çıxışı zamanı deyib.

""Türkiyə dünyada ən yaxın rəqibindən (ABŞ) beş dəfə çox tanınan Pilotsuz Uçuş Aparatları istehsal edib. Texnologiyadan istifadə baxımından Türk orduları PUA-larla ilk müharibəni də Bayraktar TB2 ilə qazanıb. PUA-larımızda çox yüksək texnologiyalı elektro-optik sistemlərdən istifadə edirik. Bu gün yerli kameralarımız 10-dan çox ölkəyə ixrac edilib. Biz keçən həftə bu kameranın daha yeni versiyasını sınaqdan keçirdik və tezliklə istifadəyə veriləcək. ASELSAN şirkətindəki həmkarlarımızı bir daha təbrik etmək istərdim, çünki onların uğuru müəyyən mənada xarici təchizatçının uğursuzluğu idi", - deyə o bildirib.

S.Bayraktar onu da qeyd edib ki, Bayraktar TB3-ün hazırda üçüncü uçuş sınağı həyata keçirilir.

"Bayraktar TB3 SİHA dünyada öz sinfində birinci olacaq. O, qısa uçuş-enmə zolağına malik gəmilərdən qalxıb enmə qabiliyyətinə malik olacaq. Hazırda inkişaf işləri davam edir”, - deyə o əlavə edib.

Bayraktar onu da bildirib ki, bu gün dünyada yüksək texnologiyanı inkişaf etdirən xalqlar, dünyanın ən güclü silahlarını inkişaf etdirən ölkələr silahlardan soyqırım törədərək istifadə edir.

Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.

Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

Ləman Əsədli

X: Lamanasadli01

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə: #TCG Anadolu #ASELSAN #Selçuk Bayraktar #Türkiyə müdafiə sənayesi #Bayraktar TB3

Mövzu üzrə digər xəbərlər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00
Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində
Hərbi innovasiyalar

Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

27 Avqust 09:48
TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir
Türkiyə

TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

22 Avqust 14:05
Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV
Türkiyə

Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

12 Avqust 13:50

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.