5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Qazaxıstan və Qırğızıstan müttəfiqlik münasibətlərini genişləndirir

21 May 2025 11:49
Qazaxıstan və Qırğızıstan müttəfiqlik münasibətlərini genişləndirir

BAKI, AzerVoice

Qazaxıstan Parlamenti Məclisi, 2024-cü il aprelin 19-da Astana şəhərində imzalanmış Qazaxıstan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında Müqaviləni ratifikasiya edib.

AzerVoice xəbər verir ki, sənədin məqsədi iki ölkə arasında əməkdaşlığa yeni dinamika vermək və ikitərəfli əlaqələrin bütün sahələrdə hərtərəfli inkişafını təmin etməkdir.

Müqavilə siyasi, hərbi, iqtisadi, investisiya, kənd təsərrüfatı, nəqliyyat, su-enerji, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədin 2-ci maddəsində tərəflər arasında Yüksək Səviyyəli Dövlətlərarası Şuranın fəaliyyətinin xüsusi əhəmiyyəti vurğulanır. 3-cü maddəyə əsasən isə Qazaxıstan Parlamenti ilə Qırğızıstan Joqorku Keneşi arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi dəstəklənir.

Tərəflər, eyni zamanda, terrorizm, ekstremizm, separatizm, kibercinayətkarlıq, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi kimi təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəni də gücləndirmək niyyətindədir.

Məclisin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin rəyində qeyd olunub ki, tərəflər uzunmüddətli əsasda əməkdaşlığı qarşılıqlı etimad, bərabərlik, milli maraqlara hörmət və ərazi bütövlüyünün qorunması prinsipləri əsasında qururlar.

Məqalədə: #Qazaxıstan #Qırğızıstan #Kasım-Jomart Tokayev #Sadır Japarov #əməkdaşlıq əlaqələri #İkitərəfli münasibətlərin inkişafı #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?
Siyasət

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

1 Sentyabr 22:32
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.