5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Sinopda tikiləcək AES-dən Yunanıstanı enerji ilə təmin edə bilərik - Ərdoğan

8 Dekabr 2023 10:45
Sinopda tikiləcək AES-dən Yunanıstanı enerji ilə təmin edə bilərik - Ərdoğan

Bakı. AzerPress:

Sinopda tikiləcək atom elektrik stansiyasından Yunanıstanı enerji ilə təmin edə bilərik.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz Yunanıstanla əməkdaşlığımızı təkcə enerji sahəsində deyil, bütün sahələrdə, o cümlədən nüvə enerjisində də inkişaf etdirməyə və genişləndirməyə çalışırıq. Məsələn, Sinopda tikiləcək atom elektrik stansiyasımızın enerjisindən Yunanıstanı resurslarla təmin edə bilərik. Bildiyiniz kimi, biz Ataşehirdə enerji mərkəzi tikmək qərarına gəldik. Rusiyadan təbii qazın Trakyadan Balkanlara və Avropaya nəqli üçün mərkəz olmaq qərarına gəldik. Bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə razılaşdıq",- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, Şərqi Aralıq dənizindəki gərginlik daha çox bölgənin mühüm ölkələri olan Türkiyə və Yunanıstana mənfi təsir göstərir. Bu səbəbdən biz buradan hansı imkanları əldə edə bilərik, ölkələrimizin rifahı üçün hansı imkanlar yarada biləcəyimizi düşünməli və çalışmalıyıq. Cənab Miçotakis də bu məsələyə müsbət yanaşır.

"Yunanıstanın müdafiə sənayesində bizimki kimi istehsal yoxdur. Bu gün biz bu sahədə ehtiyaclarımızı böyük ölçüdə ödəyə bilirik. Hazırda biz F-16 istehsal etmirik, lakin onları təmir və texniki xidmət göstərə bilirik. Baykar, İHA, SİHA, Akıncı TİHA və indi onların üst seqmenti olan Kızılelma pilotsuz uçuş aparatları, digər tərəfdən, TUSAŞ-ın istehsal etdiyi ANKA-lar, Milli döyüş təyyarəmiz KAAN ilə çox fərqli bir addım daha atacağıq. Bunlar Türkiyənin müdafiə sənayesindəki xərcləri azaldıb. Yunanıstanın belə bir imkanı yoxdur. Onlar ancaq xaricdən dəstək ilə işləyirlər və kənardan aldıqları bu dəstək onlara yeni məsrəflər yaradır",- deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti əlavə edib ki, mən Miçotakisi Fələstinin yanında olmağa dəvət etdim. Çünki Fələstinin qələbəsi dünya sülhünün qələbəsi və insan haqlarına sadiqliyin bərpası deməkdir. Əgər qeyri-funksional qlobal sistem və dolaşıq beynəlxalq hüquq istəmiriksə, Fələstinin qalib gəlməsini dəstəkləməliyik. Əks halda qüdrətlilərin və zalımların qanunu zəfər çalacaq və bu, bütün dünya üçün fəlakət demək olacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.