8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir

10 İyun 2025 17:30
Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir

BAKI,AzerVoice

Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımalıyev Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistanın Baş Naziri Abdulla Aripov ilə görüşüb.

AzerVoice xəbər verir ki, Adılbek Kasımalıyev həmkarı Aripova səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

“Bu gün keçirilən görüşümüz Qırğız-Özbək əməkdaşlığının aktual məsələlərini, əldə edilmiş razılaşmaların icrasının gedişatını müzakirə etmək və gələcək planları birgə müəyyənləşdirmək üçün yaxşı fürsət yaradacağına inanıram,” – deyə o qeyd edib.

Bundan əlavə, Kasımaliyev dövlət başçılarının səmimi və etibarlı münasibətləri sayəsində Qırğız-Özbək münasibətlərinin yüksək və yeni keyfiyyət səviyyəsinə qalxdığını vurğulayıb.

Öz növbəsində Özbəkistanın Baş Naziri Abdulla Aripov iki ölkə arasındakı əməkdaşlığın yüksəldiyini qeyd edərək, bunda hər iki dövlət başçısının töhfəsini xüsusi vurğulayıb.

Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadi, nəqliyyat, su-energetika, mədəni-humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər cari ildə Qırğız-Özbək hökumətlərarası komissiyasının, İş Adamları Şurasının iclaslarını, iki ölkənin rektorlarının forumunu, eləcə də Region Rəhbərləri Şurasının ilk iclasını müntəzəm keçirmək barədə razılığa gəliblər.

Görüşün yekununda Adılbek Kasımaliyev və Abdulla Aripov aşağıdakı sənədləri imzalayıblar:

  • 5 sentyabr 2017-ci il tarixli Qırğızstan Hökuməti ilə Özbəkistan Hökuməti arasında Regionlararası Əməkdaşlıq haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokol;
  • Qırğızstan Prezidenti Sadır Japarovun 18-19 iyul 2024-cü il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların icrası üçün birgə praktiki tədbirlərin Yol Xəritəsi.
Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir
Məqalədə: #Özbəkistan #Qırğızıstan #Türk dövlətləri #Türk dünyası #Abdulla Aripov #Adılbek Kasımaliyev #Qırğızıstanın Nazirlər Kabineti #Türk dünyasında birgə əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.