9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır

İstanbul Universiteti və Monqolustan Milli Universitetinin birgə həyata keçirdiyi “Atlı Mədəniyyəti 2025” layihəsi çərçivəsində Monqolustanda qədim türklərin izlərini araşdırmaq üçün arxeoloji qazıntılara başlanılıb.

11 İyul 2025 11:39
Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır

BAKI, AzerVoice

Monqolustanda türk tədqiqatçılar qədim köçəri kurqanlarını araşdırır - Bor Ovooda arxeoloji qazıntılar davam edir.

AzerVoice xəbər verir ki, İstanbul Universiteti və Monqolustan Milli Universitetinin birgə həyata keçirdiyi “Atlı Mədəniyyəti 2025” layihəsi çərçivəsində Monqolustanda qədim türklərin izlərini araşdırmaq üçün arxeoloji qazıntılara başlanılıb.

İyulun 3-dən etibarən başlayan qazıntılar İlteriş Fondu və layihənin əsas sponsoru olan “Kanca El Aletleri ve Dövme Çelik ve Makine Sanayi A.Ş.” tərəfindən dəstəklənir. Qazıntıların əsas məkanları Şövx-Uul və Bor Ovoo bölgələridir. Şövx-Uulda keçən ildən başlanan işlərin bu il yekunlaşdırılması planlaşdırılır.

Bor Ovooda isə tunc dövründən XIII əsrə qədər müxtəlif dövrlərə aid beş kurqanın üzərində qazıntılar aparılır. Kurqanların yerləşdiyi bu ərazi qədim türklər üçün müqəddəs sayılan Ötükən bölgəsinə daxildir. (Qeyd: "Bor" sözü boz, "ovoo" isə müqəddəs daş mənasını verir)

Qazıntılara Türkiyədən professor Kürşat Yıldırım, dosent Elvin Yıldırım, Dr. Ferhat Çiftçi və fəlsəfə doktoru Şeyma Sapma, Monqolustandan isə dosent Ulziyibayar Sodnom, professor Erdene Myagmar və tədqiqatçı Cenguun Ganbold rəhbərlik edir. Ümumilikdə 20-yə yaxın mütəxəssis bu işlərdə iştirak edir.

Bor Ovooda qazıntı işlərinə kurqanların səthinin təmizlənməsi ilə başlanılıb. Daha sonra kurqanlar açılacaq, dəfnlərin memarlıq planları tərtib ediləcək, dron vasitəsilə foto və 3D skan işləri aparılacaq. Tapıntılar xüsusi laboratoriyalarda mühafizə ediləcək.

Qeyd edək ki, bu kurqanlar köçəri türk və monqol tayfalarının zadəgan təbəqəsinə aid dəfn abidələridir və qədim türklərin dəfn adətləri ilə yanaşı, memarlıq irsini də əks etdirir. Araşdırmalar nəticəsində əldə olunacaq məlumatlar elmi konfranslarda təqdim ediləcək.

Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır Monqolustanda Atlı Mədəniyyəti 2025 - Türk tarixinin izləri araşdırılır
Məqalədə: #Türkiyə #Monqolustan #arxeoloji tapıntılar #arxeoloji kəşf #Atlı Mədəniyyəti 2025 #Türk memarlığı #Tunc dövrü kurqanları #Arxeoloji qazıntılar

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.