5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyədə liman və gəmi ekipajına nəzarət qaydaları dəyişdi

Türkiyədə dəniz nəqliyyatında istifadə olunan gəmilərin və gəmi heyətinin beynəlxalq qaydalara uyğunluğunun yoxlanılması və bu sahədə tətbiq olunacaq sanksiyalarla bağlı yeni qaydalar müəyyənləşdirilib. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan “Liman Dövləti Nəzarətinin Tətbiqi Qaydaları Haqqında Əsasnamə” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib. Yeni əsasnaməyə əsasən, Türkiyənin dəniz yurisdiksiyasında fəaliyyət göstərən gəmilərin beynəlxalq tələblərə uyğunluğu, gəmi heyətinin iş və yaşayış şəraitinin standartlara cavab verib-vermədiyi yoxlanılacaq. Uyğunsuzluq aşkar edilərsə, müvafiq inzibati tədbirlər görüləcək. Eyni zamanda, liman dövləti nəzarəti aparacaq şəxslərin seçilməsi və fəaliyyətinə dair meyarlar da müəyyən olunub.

20 Sentyabr 2025 11:06
Türkiyədə liman və gəmi ekipajına nəzarət qaydaları dəyişdi

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyədə dəniz nəqliyyatında istifadə olunan gəmilərin və gəmi heyətinin beynəlxalq qaydalara uyğunluğunun yoxlanılması və bu sahədə tətbiq olunacaq sanksiyalarla bağlı yeni qaydalar müəyyənləşdirilib.

AzerVoice xəbər verir ki,Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan “Liman Dövləti Nəzarətinin Tətbiqi Qaydaları Haqqında Əsasnamə” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib.

Yeni əsasnaməyə əsasən, Türkiyənin dəniz yurisdiksiyasında (hüquqi səlahiyyət sahəsi, bir dövlətin və ya qurumun hüquqi nəzarət və qərarvermə səlahiyyəti) fəaliyyət göstərən gəmilərin beynəlxalq tələblərə uyğunluğu, gəmi heyətinin iş və yaşayış şəraitinin standartlara cavab verib-vermədiyi yoxlanılacaq. Uyğunsuzluq aşkar edilərsə, müvafiq inzibati tədbirlər görüləcək. Eyni zamanda, liman dövləti nəzarəti aparacaq şəxslərin seçilməsi və fəaliyyətinə dair meyarlar da müəyyən olunub.

Yeni qaydalara əsasən, liman dövləti nəzarətçiləri dənizçilik üzrə ali təhsil almalı, ingilis dilini bilməli və beynəlxalq konvensiyalarla bağlı yetərli biliklərə sahib olmalıdır. Bundan əlavə, bu şəxslər uzaqyol birinci zabiti və ya mühəndis vəzifəsində işləmiş olmalı, bayraq dövləti və dəniz nəzarətində ən azı bir illik iş təcrübəsinə malik olmalıdır. Nəzarətçilər yoxlama aktlarını ingilis dilində hazırlayacaq və bu məlumatlar beynəlxalq elektron sistemə daxil ediləcək. Liman rəisi tərəfindən yoxlamaların düzgünlüyü nəzarətdə saxlanılacaq.

Qərəzsizliyi təmin etmək məqsədilə nəzarətçilərin yoxlama apardıqları gəmilərlə və ya limanla heç bir ticari əlaqəsi olmamalı, gəmi agentləri və sənəd tərtib edən şirkətlərdə işləməsi və ya onların adından hərəkət etməsi qadağan olunacaq.

Yeni qaydalarda gəmilərə tətbiq olunacaq giriş qadağaları da əhatə olunub. Belə ki, əgər gəmi Türkiyə və ya beynəlxalq müqavilə tərəfi olan ölkə limanında tutulduqdan sonra icazəsiz şəkildə limanı tərk edərsə və ya təmir üçün getməli olduğu tersanəyə getməzsə, həmin gəmiyə 6 ay müddətinə Türkiyə limanlarına giriş qadağası qoyulacaq. Bundan əlavə, son 36 ay ərzində üç və ya daha çox dəfə tutulmuş gəmilərə Türkiyə limanlarına giriş icazəsi verilməyəcək. İlk dəfə giriş qadağası tətbiq edilən gəmi 12 ay, qadağa bitdikdən sonra 12 ay ərzində yenidən tutulsa, bu dəfə 24 ay müddətinə qadağa tətbiq olunacaq. İkinci dəfə qadağa tətbiq edilmiş gəmi yenidən tutularsa, daimi giriş qadağası qüvvəyə minəcək.

Gəminin sahibi, operatoru və ya bayraq dövləti, liman dövləti nəzarətçisi tərəfindən verilmiş qərardan bir ay ərzində Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinə etiraz edə bilər. Əgər gəmi əsassız olaraq saxlanılıb və ya gecikdirilibsə, sahibi hüquqi yolla müraciət edə bilər.

Yeni əsasnamənin qüvvəyə minməsi ilə 26 mart 2006-cı il tarixində qəbul olunmuş “Liman Dövləti Nəzarəti Əsasnaməsi” ləğv edilib.


Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Liman dövləti nəzarəti #Türkiyə dəniz nəqliyyatı #Gəmi yoxlaması #Beynəlxalq dəniz qaydaları #Gəmi heyəti standartları #Gəmi sanksiyaları #Gəmi giriş qadağası #Türkiyə dəniz qanunvericiliyi #Gəmi yoxlama proseduru

Mövzu üzrə digər xəbərlər

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00
İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
İraq

İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 16:08
Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Əlcəzair

Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

10 Avqust 18:00

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.