4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

15 Noyabr 2025 11:31
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

BAKI, AzerVoice

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

AzerVoice xəbər verir ki,Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub.

Açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresin əhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransının ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan tərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazir son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında etibarlı körpü olan mədəniyyət sahəsində də əməkdaşlıq ildən-ilə dərinləşir. "Həm ötən il, həm də bu il qardaş ölkələrimizin mədəni həyatı üçün çox əlamətdar olub. Qarşılıqlı mədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədii kollektivlərin səfərləri, elm və təhsil qurumları, yaradıcılıq təşkilatları arasında əməkdaşlığın genişlənməsi, çoxəsrlik mədəni zənginliklərimizin təbliği - bütün bunlar əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Ölkə rəhbərlərimizin müvafiq sahələr üzrə qarşıya qoyduqları vəzifələrin, verilən tapşırıqların icrası ilə bu istiqamətdə yeni parlaq səhifələr yazacağımıza inanıram", - deyə nazir əlavə edib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev çıxış ediblər.

Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindən danışıblar.

Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib
Məqalədə: #Azərbaycan #Qazaxıstan #Özbəkistan #Qırğızıstan #Prezident İlham Əliyev #Türkmənistan #Adil Kərimli #Tacikistan #Mərkəzi Asiya #Ozodbek Nazarbekov #Aida Balayeva #Matlubaxon Sattoriyen #Atageldi Şamıradov #Mirbek Mambataliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

15:21
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03

Son Xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.