9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Qazaxıstan TDT-nin Fövqəladə Hallar üzrə əməkdaşlıq sazişini ratifikasiya edib

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türk Dövlətləri Təşkilatının fövqəladə hallara cavab mexanizminin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib. Qazaxıstanın fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev Senatın plenar iclasında bildirib ki, saziş üzv dövlətlər arasında fəlakətlərə operativ reaksiya verilməsi və zərər çəkmiş ölkələrə könüllü yardım göstərilməsi üçün birgə mexanizm yaradacaq.

12 Mart 2026 14:25
Qazaxıstan TDT-nin Fövqəladə Hallar üzrə əməkdaşlıq sazişini ratifikasiya edib

BAKI,VOA, Fərid Mikayılov

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat Türk Dövlətləri Təşkilatının fövqəladə hallara cavab mexanizminin yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib.

VOA xəbər verir ki, sənəd təbii fəlakətlər və digər fövqəladə vəziyyətlər zamanı təşkilata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Qazaxıstanın fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev Senatın plenar iclasında bildirib ki, saziş üzv dövlətlər arasında fəlakətlərə operativ reaksiya verilməsi və zərər çəkmiş ölkələrə könüllü yardım göstərilməsi üçün birgə mexanizm yaradacaq.

Saziş 6 noyabr 2024-cü ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə hallar qurumlarının rəhbərləri tərəfindən imzalanıb. Sənəd təşkilatın 2021-ci ildə İstanbul və 2023-cü ildə Ankara sammitlərində qəbul edilən qərarları əsasında hazırlanıb.

Saziş çərçivəsində xilasedici bölmələrin peşə hazırlığı üçün vahid standartların hazırlanması, birgə təlimlərin keçirilməsi və iştirakçı dövlətlər arasında mübadilə proqramlarının həyata keçirilməsi də nəzərdə tutulur.

Mexanizmin Katibliyinə üç illik müddətə təyin olunan baş katib rəhbərlik edəcək. Onun səlahiyyət müddəti əlavə olaraq iki il uzadıla bilər.

Katibliyin qərargahı İstanbul şəhərində yerləşəcək və Türkiyə qurumun yaradılması mərhələsində təşkilati və texniki dəstək göstərəcək.

Saziş mexanizm üçün ayrıca büdcənin formalaşdırılmasını da nəzərdə tutur. Büdcə üzv ölkələrin illik məcburi ödənişləri hesabına maliyyələşdiriləcək. Büdcəni tənzimləyən ayrıca beynəlxalq saziş qüvvəyə minənədək hər bir üzv dövlət illik 50 min ABŞ dolları məbləğində töhfə verəcək.

Saziş qüvvəyə mindikdən sonra ilk iki il ərzində xərclər ümumi ödənişləri aşarsa, əlavə maliyyə yükünü Türkiyə qarşılayacaq.

Məqalədə: #Qazaxıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Türk dünyası #TDT-nin Fövqəladə Hallar üzrə əməkdaşlıq sazişi

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.