4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Almatıda keçirilən Beynəlxalq Türkoloji Konfrans Birinci Bakı Türkoloji Qurultayının 100 illiyini qeyd edir. Tədbir türkologiya elminin tarixi nailiyyətlərini müasir çağırışlar kontekstində qiymətləndirmək, türk dövlətləri arasında elmi inteqrasiyanı gücləndirmək məqsədini daşıyır. Açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamları təqdim edilib, professor Aktotı Raimkulova və digər yüksək səviyyəli iştirakçılar 1926-cı ildə Bakıda keçirilmiş Qurultayın tarixi əhəmiyyətini və türk dünyasının birliyini vurğulayıblar. Konfrans həm akademik, həm də mədəni əməkdaşlığı inkişaf etdirmək üçün böyük platforma rolunu oynayır.

21 May 2026 20:10
Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

BAKI,VOA

21 May 2026-cı il tarixində Qazaxıstanın mədəniyyət və elm mərkəzlərindən biri olan Almatı şəhərində, Əl-Fərəbi adına Qazax Milli Universitetində "Birinci Bakı Türkoloji Qurultayının İrsi və XXI Əsrdə Türk Dünyası" mövzusunda Beynəlxalq Türkoloji Konfrans öz işinə başlayıb. Konfrans 2025-ci il Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd edilməsi ilə bağlı göstərişə əsasən Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası, TÜRKSOY, Türk Dil Qurumu, Bakı Dövlət Universiteti və Əl-Fərəbi adına Qazax Milli Universitetinin birgə təşəbbüsü ilə keçirilir.

VOA xəbər verir ki, bu genişmiqyaslı elmi-mədəni platformanın əsas strateji əhəmiyyəti, türkologiya elminin fundamental tarixi nailiyyətlərini müasir dövrün qlobal və rəqəmsal çağırışları müstəvisində yenidən qiymətləndirmək, eləcə də türk dövlətləri arasında elmi inteqrasiyanın institusional mexanizmlərini gücləndirməkdir.

Konfrans Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otarbayevin Dövlət Başçısı Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqini səsləndirməsi ilə başlayıb.
Tədbirin açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova 1926-cı ildə məhz Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayın ortaq dil, tarix, mədəniyyət və mənəvi irsin elmi müstəvidə yeni mərhələyə qaldırılmasında, eləcə də bugünkü türk inteqrasiyasının möhkəm təməlinin qoyulmasında taleyüklü rol oynadığını vurğulayıb. Fondun prezidenti bu gün Türk dövlətlərinin beynəlxalq təşkilatlarının ortaq mənəvi məqsədlər naminə güclərini birləşdirərək dərin məzmunlu elmi-mədəni layihələr icra etməsini türk dünyasının parçalanmaz bütövlüyünün və elmi intibahının təzahürü kimi qiymətləndirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dil Qurumunun sədri Osman Mert, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Əl-Fərəbi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayev çıxış edərək 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıblar.

Konfransın açılışında türk dünyasının beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də tanınmış alimləri, ziyalıları, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Məqalədə: #Qazaxıstan #Türk Mədəniyyəti və İrsi Fondu #Almatı #Bakı Türkoloji Qurultayı #100 illik yubiley #Beynəlxalq Türkoloji Konfrans

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

19:56
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01

Son Xəbərlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.