9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr

26 May, 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində “Öz yerinin Səfiri” mövzusunda VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu öz işinə başlayıb. Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan tədbir humanitar və elmi dialoqun genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.

26 May 2026 14:52
Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr

BAKI,TurkicWorld

26 May, 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində “Öz yerinin Səfiri” mövzusunda VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu öz işinə başlayıb.

TurkicWorld xəbər verir ki, forum UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Bulat Utemuratov Fondunun təşkilatçılığı ilə baş tutub.

Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan tədbir humanitar və elmi dialoqun genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.

Forumun açılışında Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, , UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi Amir Piriç, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Bulat Utemuratov Fondunun Baş direktoru Aynur Karbozova çıxış edərək Oljas Süleymünovun mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini vurğulayıblar.

Forumda onlayn və əyani formatda dünyanın müxtəlif ölkələrindən fəxri isimlər iştirak edir. Onların arasında: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov, Tatarıstan Respublikasının Dövlət Müşaviri Mintimer Şaymiyev, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Nobel Ədəbiyyat Mükafatı namizədi, tanınmış şair və dramaturq Timur Zülfiqarov yer alıb.

VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu çərçivəsində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bu mötəbər tədbirin Oljas Süleymenovun yubileyi ilə eyni vaxta düşməsinin əhəmiyyətini qeyd edib. O, müasir dünyada dövlətlərin bir-birindən təcrid olunmasının yolverilməzliyini vurğulayaraq bildirib ki, sabitliyin əsas şərti qarşılıqlı hörmət və məsuliyyətə söykənən "şüurlu qarşılıqlı asılılıq" ideyasıdır.

Fondun prezidenti rəsmi çıxışında təşkilat tərəfindən nəşr olunan mühüm bir kitabın müjdəsini də verib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Oljas Süleymenov Azərbaycanın gözü ilə" adlı xüsusi kitab işıq üzü görüb.

Nəşrdə Türk dünyasının fəxri olan görkəmli şair Oljas Süleymenov ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı tarixi dialoqlar, böyük yazıçının Ulu Öndər barədə müsahibələri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Oljas Süleymenovla bağlı imzaladığı rəsmi sərəncamlar toplanıb. Bununla yanaşı, kitabda Azərbaycanın tanınmış ziyalılarının və qələm sahiblərinin yubilyarın həyat və fəaliyyətinə həsr etdiyi məqalə və şeirləri də yer alıb.

Kitab forum iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Forum gün ərzində müxtəlif ölkələrdən olan elm, mədəniyyət və siyasi xadimlərin məruzələri, yekun Qətnamənin qəbulu ilə davam edəcək.

Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr
Məqalədə: #Qazaxıstan #UNESCO #Türk Mədəniyyəti və İrsi Fondu #Almatı

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.