8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Colan türkləri Mehmetçiki gözləyir- 50 illik həsrət

14 Fevral 2025 12:30
Colan türkləri Mehmetçiki gözləyir- 50 illik həsrət

Bakı, AzerVoice

1967-ci il müharibəsində Hafiz Əsədin İsraillə gizli razılaşması nəticəsində torpaqlarını itirən Qolan türkləri, Türkiyənin bölgədə hərbi baza qurmasını istəyərək, artıq 50 ildir Mehmetçiki gözlədiklərini bildirirlər.

AzerVoice-nin məlumatına görə, bu haqda "Türkiyegazetesi" -ndə yayınlnana jurnalist Yılmaz Bİlgenin məlumatına istinadən xəbər verir ki, Colan Türkmən nümayəndə heyətinin rəhbəri Dr. Heysəm Hüseyn Ağa, Türkiyənin bölgədə təhlükəsizlik çətiri yaradacağına ümid etdiklərini vurğulayaraq, “Əsəd rejiminin süqutundan sonra Dəməşqlə yeni münasibətlər bizi torpaqlarımıza qayıdışa ümidləndirir” - deyə bildirib.

Sabiq suriyalı general Mustafa Karaca isə Hafiz Əsədin 1967-ci ildə hakimiyyət qarşılığında Colanı İsrailə satdığını iddia edərək, 200 min Colan türkməninin Türkiyədən dəstək gözlədiyini bildirib.

Dr. Hüseyn Ağa Colanda türklərin 1200-cü illərdən məskunlaşdığını, Məmlük, Atabəy və Səlcuqlu dövlətlərinin burada iz qoyduğunu bildirib. O, 1967-ci ildə İsrail hücumlarına qarşı türklərin güclü müqavimət göstərdiyini, lakin işğal nəticəsində izlərinin silindiyini deyib.

“İndi eşidirik ki, Türkiyə bölgədə hərbi baza qurmağa hazırlaşır. İsrail 1967-ci ildə Colanın 1200 kvadrat kilometrini işğal etdi, lakin son hadisələrdən sonra bütün ərazini nəzarətə götürdü. BMT qüvvələri isə yalnız İsrail işğalını qorumaq üçün fəaliyyət göstərib. Biz artıq beynəlxalq vədlərə inanmırıq, yalnız Türkiyənin müdafiəsinə güvənirik” – deyə o qeyd edib.

Türkmən lider, əgər zərurət yaranarsa, Hatay modelində olduğu kimi referendum yolu ilə Colanın Türkiyəyə birləşdirilə biləcəyini irəli sürüb. “Ən qısa zamanda torpaqlarımıza dönərək, doğma evlərimizə sahib çıxmaq istəyirik. Colan Suriya və bölgə üçün strateji əhəmiyyət daşıyır və Türkiyənin müdafiəsi burada sülhün təminatçısı olacaq” – deyə o vurğulayıb.

General Mustafa Karaca isə 1967-ci il müharibəsində Colan uğrunda vuruşduğunu və həmin dövrdə böyük xəyanətin baş verdiyini deyib. Onun sözlərinə görə, Hafiz Əsəd İsraillə gizli razılığa gələrək Colanı əvəzində hakimiyyət əldə edib. “İsrail, Əsədin devrilməsindən sonra Colanı itirəcəyini anlayır. Türkiyənin yeni Suriya administrasiyasına dəstək verməsi vacibdir. Mehmetçikin bölgəyə gəlişi təkcə türkmənlər üçün deyil, ərəblər və druzlar üçün də sülh və sabitlik gətirəcək” – deyə o bildirib.

Türkmənlər Sultan Əbdülhəmidin bölgədə inşa etdirdiyi dəmir yolları ilə bağlı nostalji hisslər yaşadıqlarını və Türkiyəyə bağlılıqlarını qeyd ediblər. Onlar PKK terror təşkilatı ilə İsrail təhlükəsinin bir-birini qidalandıran qüvvələr olduğunu vurğulayıblar.

Məqalədə: #Türkiyə #PKK #Suriya #Colan Təpələri #türkmənlər

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.