6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan Fransalı həmkarı ilə regional məsələləri müzakirə edib

3 Aprel 2025 15:39
Hakan Fidan Fransalı həmkarı ilə regional məsələləri müzakirə edib

BAKI,AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Fransanın xarici işlər naziri Jean-Noel Barrot ilə ikitərəfli və regional məsələləri müzakirə edib.

AzerVoice xəbər verir ki, Fidan və Barrot dünən Parisdə ikitərəfli və regional məsələləri geniş şəkildə müzakirə ediblər.

Fidan, görüşdə, Avropanın yeni təhlükəsizlik memarlığının formalaşmasında Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyini vurğulayaraq, Türkiyə-Aİ münasibətlərindəki süni maneələrin aradan qaldırılmasını və Aİ-nin bu istiqamətdə konkret addımlar atmasını gözlədiyini bildirib.

Nazir Fidan, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində diplomatik səylərin Türkiyə tərəfindən dəstəkləndiyini bildirərək, bu prosesdə bütün NATO müttəfiqlərinin sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Fidan, mümkün bir həllin qalıcı ola bilməsi üçün müharibə edən hər iki tərəfin razılığının lazım olduğunu qeyd edib.

Fidan, görüşdə, Suriyadakı yeni idarəetmə ilə əlaqələrin artırılmasının və bu istiqamətdə sanksiyaların tamamilə aradan qaldırılmasının ölkədə sabitlik və əmin-amanlığın təmin edilməsi üçün vacib olduğunu diqqətə çatdırıb.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Türkiyənin gözləntilərini həmkarına bildirən Fidan, PKK/YPG terror təşkilatı ilə mübarizənin əhəmiyyətini vurğulayıb.

Fidan, Suriya şimalındakı həbsxanalar və düşərgələrdəki İŞİD-ə mənsub xarici terrorçuların öz ölkələrinə geri dönmələrinin lazım olduğunu qeyd edib.

İsrailin artan hücumlarının regional sabitliyi poza biləcəyini qeyd edən Fidan, Türkiyənin Fələstin xalqının doğma yurdlarından zorla köçürülməsinə qarşı olduğunu bir daha vurğulayıb.

Fidan, Ərəb Liqasının qəbul etdiyi Qəzza Planına dəstəyini təkrarlayaraq, İsrailin Qəzzəyə humanitar yardım axınını dayandırmasının humanitar böhranın daha da dərinləşməsinə səbəb olduğunu göstərib. Nazir Fidan, humanitar yardımların fasiləsiz şəkildə Qəzzəyə çatdırılmasının həyati əhəmiyyət kəsb etdiyini bildirib.

Barrot və Fidanın görüşündə, Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətindəki səylər də müzakirə olunub.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Fələstin #Fransa #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Avropa İttifaqı (Aİ) #NATO #Suriya #İŞİD terror təşkilatı #Fransa Xarici İşlər Nazirliyi #PKK/YPG #Fransa Xarici İşlər Naziri Jean-Noel Barrot

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.