9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Göbeklitepe Turizmdə Rekord Qırır

3 Aprel 2025 16:00
Göbeklitepe Turizmdə Rekord Qırır

BAKI,AzerVoice

Ramazan bayramı günlərində Türkiyənin müxtəlif şəhərlərindən gələn minlərlə insan "tarixin sıfır nöqtəsi" kimi tanınan Göbeklitepəni ziyarət edib.

AzerVoice xəbər verir ki, 12 min illik tarixi ilə bəşəriyyətin ən qədim məbədlərindən biri hesab edilən Göbeklitepe bayram günlərində 30 min turist qəbul edib.

9 günlük tətil müddətinin sonuna qədər bu sayın daha da artacağı gözlənilir.

Ziyarətçi sıxlığı səbəbindən bölgəyə gələn qonaqlar nəqliyyat vasitələrini təxminən 2 kilometr aralıda yerləşən dayanacaqda saxlayaraq, əraziyə pulsuz avtobuslarla daşınıblar. Biletlərini alan yerli və xarici turistlər daha sonra 12 min illik tarixə şahidlik etmək üçün arxeoloji əraziyə daxil olublar.

Şanlıurfa İl Mədəniyyət və Turizm Müdiri Aydın Aslan, 2019-cu ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən "Göbeklitepe ili" elan edilməsindən sonra bölgəyə marağın durmadan artdığını bildirib. O, xüsusilə Taştepelər layihəsi çərçivəsində aparılan yeni arxeoloji qazıntıların bu marağı daha da artırdığını vurğulayıb.

Şanlıurfanın Neolit dövründən etibarən mühüm bir mədəniyyət mərkəzi olduğunu qeyd edən Aslan, şəhərin tarixi, dini turizm və qastronomiya kimi müxtəlif turizm sahələrində geniş imkanlara sahib olduğunu vurğulayıb. O, 2025-ci ildə ziyarətçi sayının daha da artacağını, 2026-2027-ci illərdə isə bu rəqəmin 1,5-2 milyona yaxınlaşacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Göbeklitepe 2018-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib və bəşəriyyətin ən qədim məbədlər kompleksi kimi tanınır. Bu tarixi ərazi həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olur.

Məqalədə: #Türkiyə #UNESCO #Ramin Xudayev #turizm #Ramazan bayramı #Göbeklitepe

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.