Bakı. AzerVoice:
Türkiyənin Aydın vilayətində avtomobil qəzasında 17 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, Aydının Çine rayonunda iki mikroavtobus toqquşub.
Xəbərdarlıq üzərinə, əraziyə sağlamlıq və polis qrupları cəlb edilib.
Qəzada yaralanan 17 nəfər Çine və Aydındakı xəstəxanalara aparılıb.
Yaralananların həyati təhlükəsinin olmadığı öyrənilib.
Hafiz Rufizoğlu