4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə baş verən yanğında 11 nəfər ölüb (YENİLƏNİB)

21 İyun 2024 11:27
Türkiyədə baş verən yanğında 11 nəfər ölüb (YENİLƏNİB)

Bakı. VOA

Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş verən yanğınlarda 11 nəfər həyatını itirib.

VOA xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" hesabında etdiyi paylaşımda açıqlayıb.

O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.

Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin xəsarət aldığı bildirilirdi.

xxx

16:25

Bakı, VOA

Türkiyənin Diyarbəkir və Mardin şəhərlərində baş verən yanğın nəticəsində beş nəfər dünyasını dəyişib, 10-u ağır olmaqla 44 nəfər isə yaralanıb.

VOA xəbər verir ki, Diyarbəkirin Çınar rayonu ilə Mardinin Mazıdağı rayonu arasındakı bölgədə baş verən küləş yanğını yaşayış məntəqələrinə keçərək fəlakətə səbəb olub. Qrupların uzun səylərindən sonra alov nəzarət altına alınıb. Səhiyyə naziri Fahrettin Koca Diyarbəkirdə üç, Mardində iki nəfər olmaqla beş nəfərin həyatını itirdiyini açıqlayıb.

Gecə saatlarında başlayan küləş yanğını küləyin təsiri ilə böyüyüb.

Yanğının söndürülməsi ilə yanaşı çox sayda yaralı müalicə olunmaq üçün Çınar Dövlət Xəstəxanasına və şəhər mərkəzindəki xəstəxanalara aparılıb.

Dövlət rəsmiləri hadisə ərazisinə gəliblər.

Qeyd edək ki, yanğın nəzarət altına alınıb, soyutma işləri davam etdirilir.

Türkiyədə baş verən yanğında 11 nəfər ölüb (YENİLƏNİB)
Məqalədə: #Türkiyə #yanğın #ölüm halları

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.