Qəzzada son 24 saatda İsrail hücumlarında 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Qəzzada son 24 saat ərzində İsrail hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabr ayında elan olunan atəşkəsdən sonra ölənlərin sayı 1024-ə çatıb. Yaralıların sayı isə 3260 nəfər olub. Dağıdılmış binaların altından yüzlərlə meyit çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Humanitar vəziyyətin ağır olduğu bildirilir. Qəzzada itkilər artmaqda davam edir.
Qəzzada həlak olanların sayı 64 min 964-ə çatıb
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub. Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.
Yaponiya 2025-ci ildə 1 milyon insan itirə bilər - Mask
Texnologiya milyarderi Ilon Mask Yaponiyanın sürətli demoqrafik tənəzzül yaşadığını və bu il ölkənin təxminən bir milyon nəfər əhalisini itirə biləcəyini bildirib. O, daha əvvəl X platformasında yazaraq, Yaponiyanın aşağı doğum səviyyəsinə görə “yoxluq” riski ilə qarşı-qarşıya olduğunu vurğulayıb və süni intellekti bu tənəzzülü geri qaytara biləcək “yeganə ümid” kimi dəyərləndirib. Mask bu açıqlamanı World Statistics-in “Yaponiyanın əhalisi 2024-cü ildə 900.000 daha çox ölümlə azalır” məlumatına istinadla verib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi statistikalarına görə, ötən il 686 061 doğuş və 1 605 298 ölüm qeydə alınıb ki, bu da əhalinin xalis sayının 919 000 nəfər azalması deməkdir.
Los-Anceles yanğınlarında 400-dən çox insan həyatını itirib
JAMA Network Open tibb jurnalında dərc edilən araşdırmaya əsasən, Los-Anceles yanğınları zamanı ölüm halları əvvəlki illərlə müqayisədə 7 faiz artıb. Ölüm səbəbləri arasında birbaşa ağciyər və ürək xəstəlikləri, həmçinin səhiyyə xidmətlərinin pozulması nəticəsində müalicənin gecikməsi – dializ və xərçəng kimi xəstəliklərə aid dolayı təsirlər yer alır.
İqlim dəyişikliyi səbəbindən Avropada 10 gündə 1500 ölüm qeydə alınıb
İqlim dəyişikliyi səbəbindən Avropada həddindən artıq istilərdən ölümlər hər gün artır.