4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə XİN Yisrail Katzın Ərdoğanla bağlı paylaşımına münasibət bildirib

22 İyul 2024 16:02
Türkiyə XİN Yisrail Katzın Ərdoğanla bağlı paylaşımına münasibət bildirib

Bakı, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Yisrael Katzın sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəni hədəf alan paylaşımına sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə XiN açıqlama verib.

Açıqlamada, "Qəzzada 40 minə yaxın fələstinlini qətlə yetirən və hakimiyyətdə qalmaq üçün regional müharibəyə başlamaq istəyən Netanyahu hökumətinin üzvləri, beynəlxalq məhkəmələrdə mühakimə olunacaq və törətdikləri cinayətlərə görə cavab verəcəklər”,-deyə qeyd edilib.

“İsrailin xarici işlər naziri İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri bir sıra yalan, böhtan və hörmətsizlik arxasında gizlətməyə çalışır. Lakin İsrailin ölkəmizi və prezidentimizi hədəf alan çirkin təbliğat fəaliyyəti, psixoloji əməliyyat cəhdləri nəticəsiz qalacaqdır. Türkiyə Fələstin xalqının ədalət və sülh içində yaşamaq və həqiqəti söyləmək hüququnu müdafiə etməyə davam edəcək” - deyə açıqlamada bildirilir.

AK Partiyasının sözçüsü Ömer Çelik də rəsmi X hesabındakı paylaşımı ilə Türkiyəni hədəf alan İsrailli nazirin paylaşımına reaksiya verib.

Çelik, "Netanyahunun İsraildəki kabineti , 21-ci əsrin soyqırım qətliamı şəbəkəsidir. Bu şəbəkə də bütün soyqırım qətliamları kimi, qırğınları davam etdirmək üçün yalan detektoru kimi fəaliyyət göstərir. İsrail xarici işlər nazirinin prezidentimizi hədəf alan yalanları tarix boyu görülən digər soyqırım faşistlərinin üsulları ilə eynidir. Yaxın Şərq və dünya sülhü üçün təhlükə olan bu şəbəkə gec-tez mühakimə olunacaqdır. Prezidentimizin söylədiyi həqiqətlər bundan sonra da bəşəriyyət üçün dəyərli olacaqdır. İsrail xarici işlər nazirinin prezidentimizlə bağlı yalanları sadəcə olaraq faşistlərin həqiqətə hücumudur” - deyə bildirib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz Türkiyə ilə bağlı "İsrailliləri öldürmək üçün HƏMAS terror təşkilatını silah və pulla təmin edir. İsrail Daxili Təhlükəsizlik Xidməti Şin Bet Zeit Universitetinin tələbələri olan HƏMAS terror qruplaşması üzvlərini ələ keçirib. Sözügedən qruplaşmaya Həmas-ın Türkiyədəki qərargahı komandanlıq edirdi. Ələ keçirilən terrorçular əldə etdikləri hərbi təlim, silah və minlər dollar pulla vəsaiti ilə İsraildə terror aktı törətməyi planlaşdırırdılar. Radikal və antisemitizm ideologiyası naminə Ərdoğan Türkiyəni terroru dəstəkləyən ölkəyə çevirir və İranın rəhbərlik etdiyi şər oxuna yaxınlaşdırır” - ifadələri yer almışdı.

Türkiyə XİN Yisrail Katzın Ərdoğanla bağlı paylaşımına münasibət bildirib
Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Türkiyə XİN #Yisrail Katz

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.