7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyəli idmançı Olimpiada gündəminə damğa vurub

2 Avqust 2024 15:11
Türkiyəli idmançı Olimpiada gündəminə damğa vurub

Bakı, AzerVoice

2024-cü il Paris Yay Olimpiya Oyunlarında atıcılıq kateqoriyasında yarışan 51 yaşlı türkiyəli idmançı Yusuf Dikeç özünəməxsus duruşu ilə dünya gündəminin diqqətini çəkib.

AzerVoice xəbər verir ki,10 metr pnevmatik tapança kateqoriyasında yarışan Dikeçin yarış zamanı verdiyi poz sosial mediada ciddi müzakirə olunub.

2024 Paris Olimpiadasında atıcılıq kateqoriyasında Türkiyəyə gümüş medal qazandıran 51 yaşlı Jandarma Astsubay Baş Çavuşu Yusuf Dikeç, final yarışmasında sakit və peşəkar üslubu ilə dünyanın diqqətini çəkməyi bacarıb. Rəqiblərindən fərqli olaraq o heç bir texnoloji avadanlıqdan istifadə etmədən, sadəcə standart eynəklə və bir əlini cibinə qoyaraq atışını həyata keçirib. Həmin anda çəkilən foto, İlon Mask və Endrew Tate kimi məşhur şəxslərin paylaşımı ilə dünyada viral olub. Olimpiya Oyunlarının rəsmi X hesabı ilə yanaşı, Eurosport kimi korporativ hesablar tərəfindən də sosial mediada bu kadr çox sayda paylaşım edilərək, milyonlarla rəy və bəyənilmə alıb. Dikeç əli cibində atdığı güllələrlə 10 metr məsafədən pnevmatik tapançadan qarışıq komanda kateqoriyasında gümüş medal qazanıb.

Qeyd edək ki, Fransada keçirilən 2024-cü il Olimpiya Oyunları Türkiyə üçün ilklərə şahidlik edib. Yusuf Dikeç və partnyoru Şevval İlayda Tarhan atıcılıq kateqoriyasında Türkiyəyə medal qazandıran ilk idmançılar kimi tarixə düşüblər. Dikeç – Tarhan cütlüyü Serbiya təmsilçilərinə az fərqlə qalib gələrək , Olimpiya Oyunlarında gümüş medal qazanıb. 51 yaşlı Yusuf Dikeç təqaüddə olan jandarma kiçik zabitidir. O, həmçinin Jandarma Qüvvələri İdman Klubunda idmançı kimi də çalışır. Dikeç bundan əvvəl 2012-ci il London Olimpiadasında Türkiyəni təmsil edib. O, 2013 Aralıq dənizi Oyunlarında da bir qızıl və bir gümüş medal qazanmışdı.

Dikeç trend olan fotosunu paylaşaraq, “Öz istedad və təbii halımla çıxış etmək istəyirdim. Orada sakit dayanmışdım, amma içimdə tufan qopurdu, ürəyim partlayacaq kimi hiss edirdim” , deyərək oyun zamanı olan həyəcanını ifadə edib.

Türkiyəli idmançı Olimpiada gündəminə damğa vurub
Məqalədə: #Türkiyə #Paris-2024 Yay Olimpiya Oyunları

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.