Bakı,AzerVoice
Türkiyə Miqrasiya İdarəsi “Türkiyədə 7 milyon suriyalı və 13 milyon əcnəbi var” iddiasının real olmadığını və heç bir əsası olmadığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Türkiyədə bir televiziya proqramında əcnəbilərin sayı ilə bağlı iddialarla bağlı açıqlama verilib.
Açıqlamada, Türkiyədə qanuni qalma haqqı olan əcnəbilərin sayının şəffaf şəkildə paylaşıldığı və bu rəqəmlərin hər həftə müntəzəm olaraq yeniləndiyi bildirilib.
"Bu günə olan məlumata görə, ölkəmizdə 3 milyon 99 min 524-ü müvəqqəti qoruma altında olan suriyalı, 221 min 353-ü beynəlxalq mühafizə altında olan əcnəbi və 1 milyon 104 min nəfər olmaqla ümumilikdə 4 milyon 425 min 230 nəfərin qanuni qalma hüququ var. Ölkəmizdə 7 milyon suriyalı və 13 milyon əcnəbi olduğu iddiası həqiqətə uyğun deyil və heç bir əsası yoxdur",- deyə açıqlamada qeyd olunub.