9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə 5 ildən sonra ilk dəfə Aİ Xarici İşlər Nazirlərinin görüşünə dəvət edilib

22 Avqust 2024 17:01
Türkiyə 5 ildən sonra ilk dəfə Aİ Xarici İşlər Nazirlərinin görüşünə dəvət edilib

Bakı,AzerVoice

Türkiyə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Toplantısına (Gymnich) dəvət edilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

Keçeli Aİ tərəfinin Türkiyəni Xarici İşlər Nazirlərinin qeyri rəsmi görüşünə dəvət etdiyini bildirib.

Həmçinin o, deyib ki, Xarici İşlər Naziri Hakan Fidanın avqustun 29-da baş tutacaq görüşdə iştirak etmək üçün Brüsselə getməsi gözlənilir.

Sözügedən dəvətin müsbət qarşılandığını deyən Keçəli, Aİ tərəfi etdiyi dəvətlə"dialoq axtarışında olduğunu göstərir" - deyə açıqlamasında bildirib.

"Ümid edirik ki, bu addım münasibətlərimizi pisləşdirən 5 iyul 2019-cu il tarixli qərarlarının dəyişdirilməsinə zəmin yaradacaq"- deyə o bildirib.

Həmçinin o bu müsbət yaxınlaşmanın Gymnich görüşləri ilə məhdudlaşmaması lazım olduğuna deyib.

Keçeli Gömrük İttifaqının yenilənməsi, xüsusilə Türkiyənin Aİ-na üzvlüyə qəbul edilməsi prosesi , viza rejiminin sadələşdirilməsi, siyasət, iqtisadiyyat, nəqliyyat və enerji kimi əhəmiyyətli mövzularda sıx əməkdaşlıq edilməli olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə 5 il fasilədən sonra ilk dəfədir ki, Gymnich görüşünə dəvət edilir.

Bu görüşlər Aİ Xarici İşlər Nazirlərinin beynəlxalq mövzularda sərbəst fikir mübadiləsi aparmaları üçün təşkil edilir.

Onu da qeyd edək ki, Gymnich görüşləri Aİ-nin ümumi xarici siyasət və təhlükəsizlik strategiyalarının müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir.

Məqalədə: #Hakan Fidan #Türkiyə XİN #Aİ #Gymnich

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.