7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Reklamdakı qiymət real qiymətdən fərqli olduğu üçün cərimələndi

23 Avqust 2024 11:00
Reklamdakı qiymət real qiymətdən fərqli olduğu üçün cərimələndi

Bakı, AzerVoice

Türkiyənin Ticarət Nazirliyindən verilən məlumata görə Dövlət Reklam Şurası istehlakçıları aldadan reklamlar barədə araşdırma aparıb.

AzerVoice xəbər verir ki, məlumata görə istehlakçıları çaşdıran, onları aldadan, yalan məlumat verən bir çox şirkətə cərimə tətbiq edilib.

Fərqli qanun pozuntuları aşkara çıxaran qurum onların bəziləri haqqında məumat verib. Onlardan biri də axtarış sistemlərinin nəticələri ilə bağlıdır.

Qurumun məlumatına görə, bir xarici şirkətin təklif etdiyi eyni xidmətə reklam məzmununda və birbaşa saytda olmaqla iki ayrı qiymət qoyduğu təsbit edilmişdir. Belə ki, onlayn axtarış sistemində edilən axtarış zamanı önümüzə çıxan həmin şirkətin reklamında təklif edilən xidmətlə bağlı qiymətə yer verilmişdir. Lakin axtarışda qarşımıza çıxan həmin reklama klikləyərək şirktin saytına daxil olduğumuz zaman buradakı qiymətin fərqli olduğu müəyyən edilmişdir. Yəni şirkət axtarış zamanı müştərilərin qarşısına çıxan reklamda qiymətləri aşağı göstərərək onların sayta daxil olmasını təmin etməyə çalışıb. Ona görə də axtarış nəticəsinin istehlakçıları aldadıcı və yanıltıcı olduğu nəzərə alınmış və nəticədə turizm sektorunda fəaliyyət göstərən bu xarici şirkətə aid aldadıcı qiymət təklifləri edən reklam və tanıtımlara inzibati cərimələr tətbiq edilməsinə qərar verilmişdir.

Aldadıcı reklamlara 5 milyon dollar cərimə kəsilib
https://azervoice.com/aldadici-reklamlara-5-milyon-dollar-c%c9%99rim%c9%99-k%c9%99silib/

Digər maraqlı cərimə hallarından biri də məhz turizm sektorunda müşhidə edilib. Belə ki, müştərilərinə uzun müddət qalmaqla istirahət etmə imkanı təqdim edən obyekt faktiki olaraq göstərə bilmədiyi xidmətləri reklam tanıtımında qeyd etmişdir.

Səhiyyə turizmində istehlakçıların tez-tez üstünlük verdiyi bu qonaqlama obyektinin tanıtım fəaliyyətinin Türkiyə reklam qanunvericiliyi çərçivəsində araşdırılması nəticəsində müəyyən edilib ki, obyektin termal bulaq sahələri möhürlənib bağlanmasına rəğmən reklamlarında hovuzun şəkilləri və 'termal' ifadəsi işlədilmişdir. Bunlar qurum tərəfindən istehlakçıları çaşdırıcı və yanıldıcı tanıtımlar olaraq hesab edilərək sözügedən şirkətlə bağlı reklamların dayandırılması və inzibati cərimə tətbiq edilməsinə qərar verilmişdir.

Qeyd edək ki, Türkiyədə Reklam Şurası avqust ayı ərzində aparılan araşdırılmada 138 reklam fəaliyyətindən 128-nin qanunvericiliyə zidd olduğunu deyib və həmin reklamların dayandırılıb. Həmçinin sözügedən reklamlar, 5 milyon dollar məbləğində cərimələnib.

Reklamdakı qiymət real qiymətdən fərqli olduğu üçün cərimələndi
Məqalədə: #Türkiyə #reklam #istehlakçı haqları

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.