8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bolat Yaponiyada EXPO 2025 Türkiyə pavilyonunun açılışında iştirak edib

22 Aprel 2025 11:12
Bolat Yaponiyada EXPO 2025 Türkiyə pavilyonunun açılışında iştirak edib

BAKI, AzerVoice

Türkiyənin Ticarət naziri Ömər Bolat Yaponiyaya rəsmi səfərə gedib.

AzerVoice xəbər verir ki, Ömər Bolat iqtisadi və ticari əlaqələri inkişaf etdirmək məqsədilə Yaponiyaya iki günlük rəsmi səfərə başlayıb.

Səfər çərçivəsində nazir rəsmi və özəl sektor nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Səfərin ilk günü Bolat Osaka EXPO 2025 üçün Türkiyə pavilyonunun rəsmi açılış mərasimində iştirak edəcək və EXPO rəhbərliyi ilə görüşəcək. Türkiyənin “Sivilizasiyaların Qızıl Çağı” mövzusu ilə qatıldığı EXPO sərgisində 900 kvadratmetrlik pavilyonda ölkənin mədəni irsi və texnoloji baxışı nümayiş etdiriləcək.

Səfərin ikinci günü Bolat Tokioda Yaponiya hökumət nümayəndələri – ticarət, nəqliyyat, infrastruktur və kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirəcək. O, həmçinin Türkiyə-Yaponiya CEO Dəyirmi Masa Toplantısında iştirak edəcək və JETRO rəhbəri ilə bir araya gələcək.

Bolat Yaponiya şirkətlərini yaşıl enerji, rəqəmsal iqtisadiyyat, elektrik nəqliyyatı, maliyyə texnologiyaları və ağıllı şəhərlər kimi sahələrdə strateji investisiyalara dəvət edəcək.

Qeyd edək ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 5,4 milyard dollar təşkil edib. Türkiyə bu balanssızlığı aradan qaldırmaq və iqtisadi əlaqələri daha ədalətli səviyyəyə çatdırmaq üçün İqtisadi Tərəfdaşlıq Sazişinin danışıqlarını sürətləndirməyi hədəfləyir. Səfərin, həmçinin üçüncü ölkələrdə birgə layihələr və yenidənqurma təşəbbüsləri üzrə əməkdaşlığı da gücləndirəcəyi gözlənilir.

Məqalədə: #Türkiyə #Türkiyə Ticarət Nazirliyi #Yaponiya #Ömer Bolat #EXPO 2025 #Yaponiya - Türkiyə əlaqələri #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb
Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb
21:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.