14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə maliyyə cinayətlərinə qarşı əməliyyat keçirilib

9 May 2025 10:20
Türkiyədə maliyyə cinayətlərinə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə fırıldaqçılıq şəbəkəsinə zərbə - 1,25 milyard TL-lik əmlak və avtomobillər müsadirə edilib.

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya fırıldaqçılıqla məşğul olan mütəşəkkil cinayət qrupuna qarşı üç vilayətdə aparılan əməliyyatların nəticələrini açıqlayıb.

O bildirib ki, əməliyyatlar nəticəsində 9 nəfər saxlanılıb, onlardan 7-si həbs olunub, 2 nəfər barəsində isə məhkəmə nəzarəti tətbiq edilib.

Nazir qeyd edib ki, Çanaqqala, Balıkəsir və Tekirdağ vilayətlərində aparılan əməliyyatlar çərçivəsində şübhəlilərin yüksək faizlə borc verərək vətəndaşlara təzyiq göstərdiyi, onlardan çek, veksel və əmlak sənədləri kimi girovlar aldığı, borcunu ödəyə bilməyən şəxslərin əmlaklarını isə zorla ələ keçirdiyi müəyyən olunub.

Maliyyə Cinayətlərini İstintaq İdarəsinin (MASAK) məlumatlarına əsasən, cinayət yolu ilə əldə edilən və ümumi dəyəri 1 milyard 250 milyon TL olan 75 daşınmaz əmlak və 34 nəqliyyat vasitəsi müsadirə edilib. Əməliyyatlar zamanı həmçinin çoxsaylı çek kitabçaları, kompüterlər, mobil telefonlar, müxtəlif sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.

Qeyd edək ki, əməliyyatlar Çanaqqala Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Balıkesir #Çanaqqala #fırıldaqçılıq #sələmçilik və fırıldaqçılığa qarşı əməliyyatlar #Türkiyədə fırıldaqçılıqla mübarizə

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.