11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Rümeysa Öztürk bu gün məhkəmə qarşısına çıxacaq

9 May 2025 11:23
Rümeysa Öztürk bu gün məhkəmə qarşısına çıxacaq

BAKI, AzerVoice

ABŞ-da həbs olunan Rümeysa Öztürk bu gün hakim qarşısına çıxır.

AzerVoice xəbər verir ki, Fələstinə verdiyi dəstəyə görə martın 25-dən ABŞ-da saxlanılan Tufts Universitetinin Fulbrayt təqaüdçüsü və doktorantura tələbəsi Rümeysa Öztürk bu gün Vermont Federal Məhkəməsində keçiriləcək iclasda hakim qarşısına çıxacaq.

Məhkəmə onun həbsinə etiraz və zaminə buraxılma tələbinə baxacaq.

Öztürk təxminən altı həftədir Luizianada saxlanılır. O, Vermont ştatındakı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) təcridxanasına köçürülməsinə qarşı çıxsa da, Nyu York məhkəməsi onun etirazını rədd edib. Apellyasiya paneli ABŞ Ədliyyə Departamentinə Vermont Federal Məhkəməsinin köçürmə qərarına əməl etməyi tapşırıb.

“Heç kim siyasi baxışlarına görə həbs edilməməlidir. Rümeysa Öztürkün həbsdə keçirdiyi hər gün artıqdır.” - deyə Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) direktor müavini Esha Bhandari məsələ ilə bağlı bildirib.

Qeyd edək ki, Rümeysa Öztürk martın 25-də Massaçusetsdə iftara gedərkən ICE əməkdaşları tərəfindən saxlanılıb. ABŞ senatoru Marko Rubio onun tələbə vizasının ləğv edildiyini və deportasiya olunacağını bəyan edib. Rubio onu “Həmas tərəfdarı” kimi xarakterizə edib və İsrail əleyhinə fəaliyyət göstərdiyi iddia edilən 300-dən çox xarici tələbənin vizasının ləğv edildiyini açıqlayıb. ABŞ hakimi Denise Kasper Öztürkün deportasiyasına qarşı müvəqqəti həbs qərarı çıxarıb. Tufts Universiteti də tələbəsinin azadlığa buraxılması üçün çağırış edib.

Məqalədə: #Türkiyə #ABŞ #ABŞ Ədliyyə Departamenti #Rümeysa Öztürk #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk nə üçün saxlanılıb? #Rümeysa Öztürkün hüquqi müdafiəsi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

10 Sentyabr 18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

10 Sentyabr 15:12

Son Xəbərlər

İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.